"Mançester Yunayted"in əfsanəvi futbolçusu Ueyn Runi İngiltərə hakimlərini tənqid edib.
QOL.az xəbər verir ki, sabiq hücumçu öz podkastında İngiltərə Kubokunun 4-cü mərhələsində keçirilən "Aston Villa" - "Nyukasl" matçındakı hakim idarəçiliyi məsələsinə toxunub.
Həmin görüşdə baş hakim Kris Kavananın bir sıra səhvlərə yol verməsi müzakirələrə səbəb olmuşdu. Runinin sözlərinə görə, Premyer Liqa hakimləri VAR texnologiyasına həddindən artıq öyrəşdikləri üçün, bu sistemin olmadığı kubok oyunlarında çətinlik çəkirlər:
"Düşünürəm ki, hakimlərdə VAR-dan həddindən artıq asılılıq yaranıb. Təəssüf ki, onlar artıq kənardan kömək almağa öyrəşiblər. VAR onları dəfələrlə xilas edib, buna görə də qərar vermək üçün sadəcə bu sistemin müdaxiləsini gözləyirlər".
Runi bildirib ki, müstəqil qərar vermək qabiliyyəti azalıb:
"VAR olmayanda onlar qərarı özləri verməlidirlər. Amma (oyundankənar vəziyyət zamanı) bayrağı qaldırmamağa o qədər öyrəşiblər ki, dünənki səhvlər də məhz bundan qaynaqlandı. Heç kim inkar etmir ki, onların işi çox çətindir, amma VAR olmayanda bu cür problemlər ortaya çıxır".
Şamaxıdakı 5 qol - Video
İki günə qırılan rekord
“Milan”dan darmadağın, “Bayer”dən 4 qol
"Trabzonspor"dan qələbə, Zamiqin komandasından heç-heçə
Vüsal İsgəndərlinin komandası xal itirdi
“Beşiktaş”ın hücumçusu qol vurdu, tənqid olundu
İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna göz dikdi
Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - Video
FİFA-nın vitse-prezidentindən İnfantinoya sərt mesaj
"Səbail", "Xankəndi" və "Şimal"dan qələbə
Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü
Elvin Cəfərquliyev fərdi fiziki məşqlərə başlayıb - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Danimarka millisinin sabiq baş məşqçisi vəfat etdi
Rafinya qayıtdı
Lautaro Martines zədələndi
Haaland ÇL-də Messiyə məxsus 2 rekordu yenilədi
İsmail Kartal: "Belə nəticə qəbulolunmazdır"
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda