"Neftçi" Çempionlar Liqası klubu ilə qarşılaşa bilər

"Neftçi" Çempionlar Liqası klubu ilə qarşılaşa bilər
ÖLKƏ FUTBOLU 29 Dekabr 2025 / 18:50 1022
-  A +

"Neftçi"nin qarşıdakı qış toplanışındakı mümkün rəqiblərindən biri bəlli olub.

QOL.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Belə ki, "ağ-qaralar" BƏƏ-nin Əbu-Dabi şəhərində keçiriləcək hazırlıq prosesi çərçivəsində Qazaxıstanın "Kayrat" klubu ilə yoxlama matçına çıxa bilər.

Qeyd edək ki, "Kayrat" Çempionlar Liqasının liqa mərhələsinin iştirakçısıdır. Sözügedən qarşılaşmanın keçiriləcəyi tarix və saat açıqlanmayıb.

Daha çox


Son xəbərlər