Prosineçki bu milli komandanı çalışdıracaq - Rəsmi

Prosineçki bu milli komandanı çalışdıracaq - Rəsmi
DÜNYA FUTBOLU 10 Dekabr 2025 / 12:42 1474
-  A +

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri bəlli olub.

QOL.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Qırğızıstan millisinin baş məşqçisi təyin edilib.

Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. 56 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, son olaraq Monteneqro yığmasına rəhbərlik edən Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.


Son xəbərlər
09.12.25  17:21

Ter Ştegen qayıtdı