"Kəpəz"in məşqçisi Xaliq Mərdanov Misli Premyer Liqasının 6-cı turunda "Turan Tovuz"a 0:3 hesabı ilə uduzduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Rəqibi analiz etmişdik. Zəif və güclü tərəflərini bilirdik. Həftəiçi məşqlərdə də onun üzərində işlədik. Sadəcə fərdi səhvlərdən qapımızda qollar gördük. Sonda da uduzduq. İstədik ki, dönüş edək. Komandanın içində olan məğlubiyyət ruhunu qələbəyə dəyişək. Təəssüflər olsun ki, alınmadı. Buna vaxt lazımdır. Qismət olsa, gələcək oyunlarda bunu aradan qaldırarıq.
- Komandanın Premyer Liqada qalmaq potensialı var? Sizə təklif olarsa, komandanı liqada saxlaya bilərsiniz? Hər dəfə sizi təcili yardım kimi çağırırlar, bir oyunluq gəlirsiniz...
- Əslində, potensialı var. Fərdi olaraq, keyfiyyətli oyunçularımız var. Sadəcə bunu komanda şəklinə çevirmək lazımdır. Zamana ehtiyac var. Yeni nəfəs lazımdır. Məşqçilərdən söhbət gedir. Özümdən danışmıram. Kimsə gələcək, komandada intizam yaradacaq. Gələcək oyunlarda komanda şəklində özlərini göstərə bilərlər.
- Əsas komandada olan qalibiyyətsizlik seriyası əvəzedici heyətdə də var. "Kəpəz"in əvəzedici heyətinin də cəmi bir xalı var. Bunun səbəbi nədir?
- Komandanın 95 faizi yenidir. Futbolçuların hamısı yenidir, gəncdirlər. U-16, U-17, U-19 heyətlərindən ibarət əvəzedici heyət formalaşdırmışıq. Digər klublara baxsaq, əsas komandadan əvəzedici heyətə 5-6 oyunçu göndərirlər. Biz sırf akademiyamızın öz oyunçularının potensiallarını üzə çıxararaq, əsas komandaya yetişdirmək istəyirik. Heyətimiz gənclərdən ibarətdir. Biz bu dəqiqə nəticə haqda fikirləşmirik. İstəyirik ki, yeni, gənc futbolçular üzə çıxaraq. Gəncə futbolunun keçmişdə olan əzəmətini qaytarmaq istəyirik.
- "Kəpəz"də artıq ənənə halını alıb ki, mövsümün əvvəli pis durumda olur, sonda liqada qalır. Bu dəfə nədən başladınız?
- Bu dəqiqə uşaqlarda məğlubiyyət ruhu var. Özlərinə inam itib. İnamı geri qaytarmaq istəyirdik. Bunu etmişdik. Məşqlərdə də bunu bacarmışdıq. Fərdi səhvlər nəticəsində qapımızda qollar gördük. Etdiyimiz analizi yerinə yetirə bilmədilər. Komandada əhval-ruhiyyə normal idi. Futbolda belə hallar olur. Allah qoysa, kimsə gələr və gələcəkdə bunları aradan qaldırar.
- Komandanı neçə oyuna çıxaracaqsınız?
- Hələlik mənə 1-2 oyun deyiblər. Bəlkə, "Qarabağ"la matça kimsə gələr, yeni nəfəs gətirər. Onu deyə bilmərəm. Hər şey rəhbərlikdən asılıdır. Hazırda mənə tapşırıblar.
- Sizin namizədliyiniz irəli sürülüb?
- Düzü, heç bu haqda fikirləşmirəm. Heç namizədliyimi də irəli sürmürəm. Fikrim ancaq gənc futbolçuları yetişdirib, əsas komandaya verməkdir. Məqsədim budur. (sportal.az)
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi