La Liqanın 7-ci turunda Madrid derbisi baş tutub.
QOL.az xəbər verir ki, “Atletiko” doğma meydanda “Real”ı qəbul edib. Görüş meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 14-cü dəqiqədə “Atletiko”nun müdafiəçisi Roben Le Norman baş zərbəsi ilə açıb. 25-ci dəqiqədə “Real”ın hücumçusu Kilian Mbappe hesabı bərabərləşdirib. 36-cı dəqiqədə yarımmüdafiəçi Arda Güler “kral klubu”nu önə keçirib. İlk hissəyə əlavə olunan 3-cü dəqiqədə Aleksandr Serlot yenidən tarazlığı bərpa edib.
İkinci hissədə meydan sahibləri üstünlüyü ələ alıblar. 54-cü dəqiqədə Xulian Alvares penalti ilə fərqlənib – 3:2. 64-cü dəqiqədə isə argentinalı hücumçu cərimə zərbəsindən dublunu rəsmiləşdirib. Oyunda son nöqtəni 90+3-cü dəqiqədə Antuan Qrizmann qoyub – 5:2.
Qələbədən sonra “Atletiko” xallarını 12-yə çatdıraraq 4-cü pilləyə yüksəlib. “Real” isə 18 xalla turnir cədvəlinin liderliyini qoruyub.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər