"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 5-ci turunda "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Qələbə münasibətilə bütün "Sabah" ailəsini, azarkeşləri təbrik edirəm. Bu qalibiyyəti əldə etmək üçün çox çalışdıq. Bu qələbəni "Turan Tovuz" kimi komandalara qarşı qazanmaq bizim üçün daha dəyərlidir. Rəqib müdafiə cəhətdən çox yaxşı təşkil olunmuş komandadır. Ona görə də bizim qələbəmiz daha anlamlı olur. Onlar bizim qapımızda təhlükəli vəziyyət yarada bilmədilər. Bu amil bizim üçün sevindiricidir. 2-ci hissədə təzyiqimizi daha da artırdıq və nəticəsində 2 qol vuraraq qələbəni əldə etdik. Qələbə qazanmağımıza baxmayaraq daha çox inkişaf etməliyik. Bəzi nöqtələrdə çatışmazlıqlarımız var. Mövqe hücumlarında daha da artırmalıyıq.
- "Sabah" iddialı rəqiblərə qarşı daha yaxşı oyun və nəticə göstərir. Bir qədər zəif komandalara qarşı isə tam əksinə...
- Sizin də qeyd etdiyiniz kimi, iddiası az olan komandalara qarşı oynamaq daha çətindir. Azərbaycana gəlməmişdən öncə də bu amili bilirdim. Müdafiə futboluna daha çox önəm verən və çox futbolçu ilə öz qapısına daha yaxın oynayan komandalara qarşı nəticə qazanmaq da çətindir. Lakin bu cəhətdən bizim də üzərimizə yük düşür. Çox işləməliyik və çıxış yolları axtarmalıyıq.
- Yeni transferlərdən razısınızmı?
- Demək olar ki, mən ən xoşbəxt baş məşqçiyəm. Çünki hər oyunçum öz üzərində daha çox inkişaf etmək istəyir. Mən bütün futbolçularımdan razıyam. (sportal.az)
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi