Flik La Liqada tarixi rekorda imza atdı

Flik La Liqada tarixi rekorda imza atdı
DÜNYA FUTBOLU 29 Noyabr 2026 / 22:09 284
-  A +

“Barselona”nın baş məşqçisi Hans Diter Flik La Liqa tarixində yeni rekorda imza atıb.

QOL.az xəbər verir ki, almaniyalı mütəxəssisin rəhbərliyi altında Kataloniya təmsilçisi çempionatda 90-cı matçına “Deportivo” ilə görüşdə çıxıb. 5:1 hesablı qələbə Flikin bu oyunlarda 72-ci uğuru olub.

Bununla da 60 yaşlı mütəxəssis La Liqada ilk 90 matçında ən çox qələbə qazanan baş məşqçi olub. O, daha əvvəl hərəyə 70 qələbə ilə rekordu bölüşən Xosep Qvardiola və Joze Mourinyonu geridə qoyub.

Qeyd edək ki, Flik 2024-cü ilin yayından “Barselona”ya rəhbərlik edir.


Qarabağ FK
Son xəbərlər
topaz banner