“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Çarls Boli “Omoniya”ya (Kipr) qarşı keçirilən UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunundan (0:4) sonra jurnalistlərin suallarını cavablandırıb.
QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- 0:4 hesablı məğlubiyyəti necə şərh edərdiniz?
- Biz bilirdik ki, çətin oyun olacaq. Rəqib güclü idi. Onlar daha yaxşı oynadılar. Buna baxmayaraq, komanda şəklində birlikdə olmalı və cavab matçına hazırlaşmalıyıq.
- Hesab arasındakı fərqin böyük olmasının səbəbini nədə görürsünüz?
- Futboldur, bəzən udursan, bəzən uduzursan. Ola bilər bir qədər aqressivlik çatmadı. Dediyim kimi, rəqib güclü idi. Bu da işimizi çətinləşdirir. İkinci hissədə daha yaxşı oyandıq, daha çox hücum etdik. Təəssüf ki, fərqlənmək mümkün olmadı.
- Birinci hissənin ortasında zədələndiniz. Zədəniz nə dərəcə ciddidir?
- Bəli, ayağımda ağrılar var idi. Vəziyyətin nə dərəcə ciddi olduğunu bilmirəm. Sabah (bu gün-red.) müayinədən keçəcəyəm. Ümid edirəm ki, ciddi nəsə olmayacaq. Çox istəyirəm ki, cavab oyununda meydanda olum.
- Cavab matçında nəyə ümid edirsiniz?
- Komanda olaraq özümüzə inanırıq. Bu, futboldur və hər şey ola bilər. Kiprə qələbə üçün yollanacağıq. Orada nə baş verəcəyini isə birlikdə görəcəyik.
- Bir həftədən sonra Azərbaycan çempionatı start götürəcək. İlk turda da “Zirə” ilə qarşılaşacaqsınız...
- Açığı, indi çempionat barədə düşünmürük. Təbii ki, Azərbaycan Premyer Liqası bizim üçün vacibdir. Qarşıda bizi çətin oyunlar gözləyir. “Zirə” ilə görüş də həmin matçlardan biridir.
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq