“İlk əvvəl “Sumqayıt”ın prezidenti ilə Belqradda görüşümüz oldu. Həmin görüşdə o, mənə klubun planları barədə danışdı. Yekunda belə qərara gəldik ki, 1 illik müqavilə imzalayaq”.
QOL.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın yeni baş məşqçisi Saşa İliç deyib.
Bu gün mətbuat önünə çıxan serb mütəxəssis Azərbaycan çempionatı barədə müəyyən məlumatları olduğunu bildirib: “Azərbaycan futbolu barədə bəzi məlumatları burada çıxış edən oyunçulardan almışam. Xüsusən də “Qarabağ”da forma geyən serb və monteneqrolu futbolçulardan. Çempionat barədə müəyyən məlumatım var”.
O, Sumqayıtda gördüklərindən məmnun olduğunu söyləyib: “Sumqayıt”ın şəraiti, stadionu ilə tanış oldum. Gördüklərim məni qane edir. “Sumqayıt”ın prezidenti ilə danışdığımız kimi, növbəti mövsüm daha yaxşı nəticələr üçün çıxış edəcəyik”.
S.İliç müqaviləsinin 1 illik olmasına belə aydınlıq gətirib: “Futbolda hər şey çox tez bir zamanda dəyişir. 1 illik müqavilə başlanğıcdır. İnanıram ki, bunun ardı gələcək. Mənim üçün hazırda əsas məqsəd komanda qurmaqdır. Oyun üslubunu əmələ gətirməliyik. Bunun üçün kifayət qədər vaxtımız var”.
“Sumqayıt”ın baş məşqçisi komandanın ötən mövsümkü çıxışlarından xəbərdar olduğunu qeyd edib: “Komandanın ötən mövsümdəki çıxışını qeyri-qənətbəxş saymaq olar. Növbəti mövsüm hədəfimiz avrokuboklardır. Lakin hər şey futbolçulardan asılı olacaq. Ona görə də ilk növbədə heyətimizi formalaşdırmalıyıq. Komandaya cəlb edəcəyimiz futbolçular keyfiyyətli olmalıdır ki, hədəflərimizə çataq. Hazırda sərəncamımda 16-17 futbolçu var. Klub prezidenti ilə əl-ələ verib qısa zamanda heyəti komplektləşdirib yeni mövsümün hazırlıqlarını davam etdirəcəyik”.
İliç Rusiya mətbuatında yer alan “Sumqayıt”ın ilk təklifini geri çevirdiyi, sonradan razılıq əldə etdiyi barədə yayılan xəbərin düzgün olmadığını söyləyib.
Mütəxəssis Azərbaycanda futbolçu kimi daha çox tanınmasına belə münasibət bildirib: “Futbolçu və məşqçi arasında böyük fərq görürəm. İnsanlar məni futbolçu kimi tanıyırsa, bu, çox yaxşıdır. Artıq 5 ildir məşqçi kimi çalışıram. Futbolçu olmağımın mənə yalnız xeyri dəyir”.
İliç “Sumqayıt”ın hansı tərzdə oyun sərgiləyəcəyinin qurulacaq heyətdən asılı olduğunu söyləyib: “Bolqarıstanda işləyəndə sərəncamımdakı oyunçulara uyğun hücum futbolu sərgiləyirdik. “Sumqayıt”da necə olacağı barədə indidən dəqiq söz deyə bilmərəm. Bu, heyətin komplektləşməsindən sonra mümkündür. Hər şey futbolçuların keyfiyyətindən asılı olacaq”.
Serb mütəxəssis əvvəlki iş yerlərindəki fəaliyyətinin uğursuz olmadığını bildirib: “Pari NN”də məqsəd Premyer Liqada qalmaq idi. Lazımi nəticəni əldə etdik. Mən “Atromitos”u qəbul edərkən komandanın cəmi 3 xalı var idi, yekunda pley-offa yüksəldik. Bolqarıstan çempionatında isə az fərqlə ikinci olduq”.
İliç əvvəlki klubundan “Sumqayıt”a futbolçu dəvət edib-etməyəcəyini hələ bilmədiyini vurğulayıb: “Hazırda siyahımızda çox oyunçu var”.
Sonda o, “Sumqayıt”ın baş məşqçi postuna bir neçə namizəd olsa da, klub prezidenti nə üçün sizi seçdi?” sulını belə cavablandırıb: “Bunu Riad Rəfiyevdən soruşun”.
Bizi İnstaqramda izləmək üçün keçid et
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi