“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Misli Premyer Liqasının 34-cü turunda “Turan Tovuz”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Adətən Tovuz səfəri çətin keçir. Lakin “Neftçi” buradan 2:1 hesablı qələbə ilə ayrılır...
- Doğrudan da burada qələbə qazanmaq çox çətindir. “Turan Tovuz”un standart vəziyyətləri çox təhlükəli olur. Bu, bizə böyük problem yaratdı. Qapımızda qolu da elə standart vəziyyətdən sonra gördük. Çalışırdıq ki, topu daha çox özümüzdə saxlayaq. Bəzi şeylər alındı, bəziləri yox. Çox top itkisi oldu. Bütün bunlara baxmayaraq, qələbə qazandıq və buna görə sevinirik.
- Avrokuboklar uğrunda mübarizə aparan “Turan Tovuz”un Premyer Liqada yalnız uğursuz mövsüm keçirən “Neftçi”yə qalib gələ bilməməsi qəribə deyil?
- Mən “Turan Tovuz” haqda heç nə deyə bilmərəm. Özümüz bu mövsüm oyun, nəticə baxımından xeyli problem yaşadıq. Uğursuz mövsüm oldu bizim üçün. Bilmirəm niyə belə alındı. Çalışmalıyıq ki, gələn mövsüm daha yaxşı olsun.
- Son 2 turda “Neftçi”nin motivasiyası nə olacaq?
- Bu oyunda da motivasiya yox idi. Buna baxmayaraq, çalışacağıq ki, “Neftçi” adına layiq oyun göstərək.
- Büdcənin kifayət qədər böyük olmasına baxmayaraq, “Neftçi” niyə uğur qazana bilmir?
- Bilmirəm necə cavab verim. Pis oynadıq və bu, uğursuzluğun əsas səbəbidir.
- Müqaviləniz 2+1 illikdir. 2 il bitdi, +1 aktiv olacaq?
- Bu barədə klub tərəfindən açıqlama veriləcək.
- Samir Abasov oyundan sonra sizdən formanızı istəyəndə təəccüblənmədiniz?
- Xeyr. Çünki dedi ki, azarkeş üçün istəyir. O da şəhid övladına çatdıracaq.
- Bu matçda “Neftçi” azarkeşləri yox idi. Onları stadiona necə qaytarmağı düşünürsünüz?
- Yalnız yaxşı oyunla.
- Bununla bağlı fanatlara nə demək istərdiniz?
- İnanıram ki, növbəti mövsüm bundan yaxşı olacaq. Azarkeşlərimizi sevindirəcəyik.
- Kubokun finalında “Qarabağ”a azarkeşlik edəcəksiniz, yoxsa “Sabah”a?
- Finala baxmayacağam.
"Qarabağ"ın 2 qollu qələbəsindən - Video
"Bu məsələ inandırıcı görünmür" - Qurban Qurbanov
"Rəqib bizdən üstün idi" - Elmar Baxşıyev
"Qarabağ" "Araz-Naxçıvan"a, “Kəpəz” "Sumqayıt"a qalib gəldi
"Kəpəz"in qələbəsindən - Video
"Komanda üzvləri ilə danışığımız oldu" - Azər Bağırov
Millimiz böyük hesabla Belarusa uduzdu
“El-Klasiko”nu “Barselona” qazandı - Yenilənib
Mbappe "Real"da rekorda imza atdı
"Qarabağ" - "Araz-Naxçıvan" matçı üçün heyətlər
"Napoli" onunla danışıqlara başladı
Pedri mükafatlandırıldı
"Real"ın futbolçusu əməliyyat olunacaq
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Onlar da Bundesliqanı tərk etdi
Azərbaycan klublarının yeni dünya reytinqi
"Sevilya" azarkeşləri klubun bazasına hücum etdilər - Şəkil
"Real"ın Kurtua ilə bağlı qərarı bilindi
"Əl-Nəsr" Ronaldo ilə danışıqları dayandırıb
200 min manatınızdan keçib, o meydançaları yox edin!
Messinin qolu böyükhesablı məğlubiyyətə əngəl olmadı
“Kubokun finalına baxmayacağam” - Emin Mahmudov
Diniyev oynadı, komandası uduzdu
"Atletiko"nun hücumçusu 23 dəqiqəyə poker etdi - Video
Tanınmış menecer Premyer Liqa klubuna təyinat alması haqda
7 illik fasilədən sonra Bundesliqaya qayıtdılar
Vüsal İsgəndərlidən məhsuldar ötürmə
Həmyerlilərimizin komandasının qələbə həsrəti bitdi
“Yuventus” qələbəni əldən verdi - Video
Emil oynadı, “Çernomorets” qalib gəldi
“Qalatasaray”dan çempionluq yolunda daha bir addım - Video
Krivotsyukun komandasından heç-heçə
Emin Mahmudovun möhtəşəm qolu, "Neftçi"nin qələbəsi - Video
Misli Premyer Liqasına yüksələn klub bəyanat yaydı
Rəşad Sadıqov nəyə məyus oldu?
Volkovun "Zirə"yə qələbə gətirən qolu - Video
"Turan Tovuz" - "Neftçi": Heyətlər
Bu ölkədə şahmat qadağan edildi
"Barselona" üçün "El-Klassiko"dan öncə şad xəbər