"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqası 34-cü turunda "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub etdikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Turnirdə heç bir hədəfi olmayan komandaya motivasiya verib meydana çıxarmaq çətin deyil?
- Əlbəttə, çətindir. Onu da vurğula ki, oyunçularsızıq. Yəni nominal mərkəz müdafiəçisi, "altı nömrə" yoxdur. Bunları nəzərə alıb oyuna hazırlamaq çətindir. Amma bu çətinliklər rastımıza çox gəlib. Soyunub-geyinmə otağında ilk dediyimiz sözlər odur ki, rəqibin vəziyyəti bizim üçün önəmli deyil. Onlara xallar lazımdır, avrokuboklara oynayırlar. Bizə xallar lazım olanda heç kəsi rahat məğlub etməmişik. Ona görə də istəmirəm ki, bu rahatçılıq bizim üzərimizdə olsun. Bu gün "Turan Tovuz" oldu, sabah başqa komanda ilə oyuna girəndə atmosferi, təzyiqi görəcəyik. Futbolçulara demişəm ki, bu cür şeylərə baxmayın, öz formanıza baxın və oyununuzu göstərin. Çünki bizim tutduğumuz yerdən asılı olmayaraq, "Neftçi"nin futbolçusu olmaq bu hədəflərdən, atmosferdən, hər şeydən üstündür. Buna görə də oynamalıyıq.
- Növbəti mövsüm üçün azarkeşlərə açıqlanacaq planlarınız var?
- Növbəti mövsüm üçün artıq planlar var. Günlərlə, saatlarla, hər oyundan sonra bunlar danışılır, müzakirə olunur. Amma bu gün, əsasən də "Neftçi"nin azarkeşlərinə nəsə deməyə etiyac yoxdur. Çünki bu uşaqlar o qədər vədlər eşidib ki... Mənim dediklərim söz olaraq da qala bilər. Ona görə də, inşallah, biz istəklərimizi bu cür oyunlar və qələbələrlə göstərək ki, söz deməyə ehtiyac olmasın.
- Mövsümün əvvəlində "Neftçi"yə gəlsəydiniz, vəziyyət fərqli olardı?
- Kim bilir? Bəlkə, daha pis olardı. Amma yayda mənə təklif göndərilib, ya yox, bu haqda artıq danışmışam və təkrar demək istəmirəm. Keçmiş keçmişdə qaldı. Gələcəyə baxaq.
- Üç hücumçu buraxmışdınız və tez-tez yerlərini dəyişirdilər. Bu, nəyi göstərdi sizə?
- Onlar məcburiyyətdən deyil idi, plan üzrə elə buraxmışdıq. Həm də ucaboy oyunçuları meydanda saxlamaq istəyirdik. Çünki rəqibin oyun tərzini hər kəs yaxşı bilir. Yəni o mövqedə fərqli futbolçular olsaydılar da, planı belə cızmışdıq və eyni hücum xəttini buraxacaqdıq. Çox yaxşı oynadılar. Özləri rotasiya edirdilər. Çox effekt verdilər. Top itirmələri oldu, o da başadüşüləndir. Amma rəqibin müdafiəsinə çox təzyiq etdilər və hamısının qol epizodu oldu.
- Emin Mahmudovun formasını bir azarkeşə verdiniz. Bu, nə ilə bağlı idi?
- Oyun vaxtı bir azarkeş çağırdı. Elə bildim təhqir üçün çağırır. Dedim, gedim, nə olar, olar. Amma məndən şəhid övladına çatdırmaq üçün Emin Mahmudovun formasını istədi. Mən də getdim, gətirdim. Allah şəhidlərimizə rəhmət etsin.
- "Neftçi"də seleksiya üzrə məşqçilər qrupu yaradılması fikri var. Bu sizə nə qədər kömək edəcək?
- Bu, işimi çox asanlaşdırar. Deyərdim ki, o qrupumuz var. Amma bunu təkmilləşdirmək üçün ciddi addımlar atmalıyıq. Buraxdığımız səhvlər şahiddir. Bunu tək mən yox, klub olaraq istəyirik. Sağ olsunlar, mənə bu cür şərait yaradırlar.
- Aleks Fernandeslə razısınız?
- "Neftçi"yə gələn oyunçunun fərqi ondadır ki, həmən bir şey istəyirik ondan. Amma sonra fikirləşirəm ki, Aleks qışda qoşulub və elə də yaxşı vəziyyətimiz deyil idi. Bəzi oyunlarda məcbur oynamadığı mövqedə oynadırıq. Mən bu cür futbolçulara səbrli yanaşmağa məcburam. Çünki nəsə görüb transfer etmişik. Səviyyəsi və verdiyi qərarlar bəllidir. Sadəcə ümumi komanda ilə, ola bilər, ab-havanı hələ tam hiss etmir. Bu da düzələcək.
- "Neftçi"də işləmək böyük təzyiqdir. Bu təzyiqi hara yönlənidirirsiniz?
- Təzyiq var. Azarkeşi başa düşürəm, amma mətbuatda təzyiq sizdən gəlir. Etməsəniz, olmayacaq. Təzyiqi isə futbolçuların üzərinə yönlədirirəm, hara yönləndirəcəyəm? (gülür) Təzyiq həmişə olacaq. İşin bir hissəsidir. Öz işimizi görəcəyik.
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə