“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges Misli Premyer Liqasının 29–cu turunda “Zirə”yə qalib gəldikləri oyundan (1:0) sonra jurnalistlərə müsahibə verib.
QOL.az həmin müsahibəni təqdim edir.
- Oyunda bağlı nə deyə bilərsiniz?
- Yaxşı oyun oldu. Turnir cədvəlində ilk iki pillədə qərarlaşan klublar qarşılaşırdı. Matçın çətin keçəcəyi əvvəldən məlum idi. Meydanda tez-tez birə-bir mübarizələrə şahidlik edirdik. Çətin də olsa, qələbə qazandıq və yolumuza davam edirik.
- Qeyd etdiyiniz kimi, turnir cədvəlində ilk iki pillədə qərarlaşan komandalar qarşılaşırdı. Liderlərin oyununa layiq matç alındığını söyləmək mümkündür?
- Məncə, hə. Çünki hər iki tərəf qələbə qazanmaq istəyirdi. Güzəştsiz mübarizə gedirdi. Maraqlı oyun alındığını düşünürəm.
- Baxımlı qola imza atdınız...
- Cərimə zərbələrinin üzərində daim işləyirəm. Həftə boyu məşqlərdə bunun üzərində çalışmışdım. Şadam ki, gözəl qolla komandama qələbə qazandırdım.
- Artıq növbəti 2 turda qələbə qazanmaqla “Qarabağ” növbəti çempionluğunu rəsmiləşdirə bilər. 31-ci turda qızıl medalları təmin etmək mümkün olacaq?
- Biz bu barədə düşünmürük. Qarşımıza hədəf qoyulmayıb ki, hansı turda çempionluğu təmin edək. Məqsədimiz qızıl medalları qazanmaqdır və bunun üçün də çalışırıq.
- Növbəti turda autsayder “Səbail”lə qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- Rəqiblərə belə yanaşmamalıyıq. Nə olsun ki, “Səbail” turnir cədvəlində aşağı pillədə qərarlaşıb. Buna qədər turnir cədvəlində aşağı pillədə qərarlaşanlar xeyli sürprizə imza atıblar. Ona görə də qətiyyən arxayınlaşmaq, hansısa rəqibə zəif gözü ilə baxmaq olmaz.
- Kubokun yarımfinalında ilk matçda “Araz-Naxçıvan”a uduzdunuz. Cavab görüşündə bu məğlubiyyətin əvəzini çıxmaq nə dərəcədə mümkündür?
- İnanıram ki, bunu bacaracağıq. İlk görüşdə uduzduq. Lakin hələ heç nə bitməyib. Sona qədər mübarizəmizi davam etdirəcəyik. Məqsədimiz hər iki cəbhədə uğur qazanmaqdır
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?