"Gərgin oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Bu gün hakim "Kəpəz"in qalib gəlməsi üçün hər şeyi etdi. Bizim də fürsətlərimiz oldu, dəyərləndirə bilmədik. Necə olacağını deyə bilmərəm, amma onu bilirəm ki, rəhbərliyin hər bir qərarına hörmətlə yanaşacağam. Növbəti mövsüm də burada qalsam, mənim işim barədə nəsə deyə bilərsiniz".
QOL.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 34-cü turunda "Kəpəz"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, komandasında bəzi futbolçuları dəyişmək istərdi:
"Müasir futbolda qaçmasan, istəkli olmasan, qalib gəlmək mümkün deyil. Mənim də səhvlərim var. Amma bu komandanı mən qurmamışam. Qışdan sonra cəmi 3 transfer etdik. Mənim getməyim "Sumqayıt"a fayda verərsə, getməyə hazıram".
Mütəxəssis gənc oyunçulara şans vermək barədə belə deyib: "2006-2007 təvəllüdlü futbolçuları bizdən başqa hansı klub oynadır? Yetərli olsaydılar, əlbəttə, oynatmaq istəyərdim. 9-cu yerdə olmağımızın səbəbkarı yalnız Vaqif Cavadov deyil. Məndən əvvəl də komanda yaxşı oynamırdı. Hər situasiyaya hazıram. Əsas məsələ Premyer Liqada qalmaq idi, bunu da bacardıq. Azərbaycan futbolunda həmişə legionerlərə üstünlük verilib. Əcnəbi pulları qatlayıb öz evinə gedir".
V.Cavadov mətbuatın ona qarşı olan münasibətindən də söz açıb: "Bəziləri yazır ki, Vaqif getsin, əcnəbi məşqçi gəlsin. Aleksey Baqa gəlmişdi də. Azərbaycanlıları sevmirsinizsə, əcnəbilər gəlsin. Legioner limiti də ləğv olundu".
O, komandada dəyişikliklə bağlı suala deyib ki, yerli futbolçuların 70 faizinin müqaviləsi mövsümün sonunda bitir. Daha sonra isə öz səhvlərindən danışıb: "Səhvlərimiz çoxdur. Amma mənim səhvlərimi bilmək üçün gərək PRO kateqoriyasını oxuyasınız".
Mütəxəssis hakimliklikdən narazı olduğunu da vurğulayıb: "Neftçi" ilə oyunda eyni epizodda bizə penalti verməmişdilər. Eyni situasiyada fərqli qərarlar verilir".
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə