"Səbail" Misli Premyer Liqasının 34-cü turunda "Zirə"yə 0:1 hesabı ilə uduzaraq 1-ci Liqaya yuvarlanıb.
QOL.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Elvin Məmmədov görüşdən sonra keçirilən mətbuat konfransında deyib: "Bilirdik ki, bizi ağır oyun gözləyir. Allah bizə şans vermişdi, yararlanmaq istəyirdik. Amma alınmadı. Yaxşı mübarizə apardıq. Futbolçulara təşəkkür edirəm. İdman xoşbəxtliyi bizdən yan keçdi".
O, klubun rəhbərliyinə verilən şansa görə təşəkkür edib və gələcək haqda danışıb: "Əlimizdən nə gəldisə, etməyə çalışdıq. Bu durumda mənim də adım var. Bu barədə rəhbərliklə danışmamışıq. Çünki ümidimiz var idi. Yenidən Premyer Liqaya yüksəlmək üçün təklif olarsa, niyə də olmasın?"
Mütəxəssis mental cəhətdən dəyişməli olduqlarını bilirib: "Futbolda eniş də var, yüksəliş də. Niyə qayıtmaq olmasın? Niyə zərbə olsun? Çox yaxşı şeylər də oldu. Səhvlərim də var, düzgün etdiyim şeylər də. İşə yeni başlamışıq, hədəfimiz var. Gənclərə güvənməmək düşüncəsini dəyişməliyik. Niyə gənclərə güvənməyək? Bəlkə, kimsə özünü sübut edəcək? Bu gün xoşbəxtəm, B kateqoriyam ola-ola ağır yükü mənə verdilər. Hamımız çalışdıq. Yaxşı şeylər də var idi".
E. Məmmədov deyib ki, ölkədə bütün rəhbərlər gənclərə güvənsə, yaxşı olar: "Rəhbərliyimiz mənə güvənib. Hər bir klub belə etsə, nə gözəl. O qədər örnəklər var ki. Gələcəyi fikirləşməliyik".
O, "Mövsümün əvvəlində gəlsəydiniz, "Səbail" yenə də aşağı liqaya düşərdi?" sualına belə cavab verib: "Bu sualı mənə çox verdilər. Mən özüm haqda böyük-böyük danışmaq istəmirəm. Zaman keçib. Bəlkə, mən olsaydım, bundan da betər olardı. Ya da daha yaxşı şeylər olardı".
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi