“Zirə”nin müdafiəçisi Məqsəd İsayevin QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 29-cu turunda “Qarabağ”a 0:1 hesabı ilə uduzdunuz. Liderdən alınan məğlubiyyəti necə şərh edərdiniz?
- Son dəqiqədə penaltini qaçırdıq. Buna görə çox təəssüflənirik. Halbuki xal qazana bilərdik. Oyun ərzində çoxlu hücumlar edirdik. Lakin heç cür rəqib qapısına yol tapa bilmədik. Qələbə qismət deyilmiş.
- Qaçırılan penaltini nəzərə almasaq, fərqlənmək üçün “Zirə”də nə çatışmadı?
- Epizodlarımız oldu. Salifu fərqlənə bilərdi, eləcə də mən. Lakin alınmadı. Nə qədər çalışsaq da, hesabı bərabərləşdirə bilmədik. Artıq gələn oyunları düşünməliyik.
- Qapınızda erkən qol görməyiniz çıxışınıza nə dərəcədə təsir etdi?
- Qoldan sonra hücumlarımızı artırdıq. Dediyim kimi, şanslarımız da var idi. Yararlana bilmədik. Futbolda belə hallar olur.
- Hazırda ikinci pillədə qərarlaşmısınız. Əsas hədəf gümüş medaldır, yoxsa ilk üçlük?
- Əsas hədəfimiz ilk üçlüyə düşməkdir. Hazırda ikinci pillədə qərarlaşmışıq. Belə davam etsək, bu cür oynasaq, inşallah mövsümün sonunda ilk üçlükdə yer alacağıq.
- Yəqin razılaşarsınız ki, Avroliqaya vəsiqə əlavə üstünlükdür. Bu baxımdan kuboku “Qarabağ”ın qazanmasını arzulayırsınızmı?
- Təbii ki, ikinci yer olsaq, bu, üstünlükdür. Belədə “Qarabağ”ın kuboku qazanması bizim xeyrimizə olacaq. Çünki Avroliqada çıxış edərkən, uduzsan belə, mübarizəni Konfrans Liqasında davam etdirmək şansın olur. Əsas odur avrokuboklara gedək və ölkəmizi layiqincə təmsil edək. Çox istərdik ki, avrokuboklarda ötənilki nəticəmizi daha da yaxşılaşdıraq.
- Növbəti turda “Neftçi” ilə üz-üzə gələcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?
- “Neftçi” çox yaxşı komandadır. Buna baxmayaraq, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bizə xal lazımdır. Hətta deyərdim ki, “Neftçi”ni məğlub edə bilsək, avrokuboklara vəsiqə tapşırığının öhdəsindən 70 faiz gəlmiş olacağıq.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?