“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 33-cü turunda səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, 35 yaşlı mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransında bugünkü rəqibləri barədə müsbət fikirlər səsləndirib.
Çox yaxşı komandaya qarşı oynadıqlarını söyləyən Cavadov artıq çempionluğu təmin edən “Qarabağ”ın onlara qarşı əsas heyətlə çıxış etmələrini xüsusi vurğulayıb.
V.Cavadov komandasının təslimçi əhval-ruhiyyəli oynaması fikrini qəbul etməyib: “Kim dedi ki, təslim olmuşduq? Belə bir şey yox idi”.
O, “Sumqayıt”a layiq məşqçi olub-olmaması barədə sualı da cavablandırıb. Bildirib ki, komandanı çətin vəziyyətdə qəbul edib və özü də gənc məşqçidir. Cavadov deyib ki, ola bilər, bu mövsüm nələrsə alınmayıb, istənilən nəticə əldə olunmayıb. Amma vəd edib ki, mövbəti mövsümdə daha yuxarı pillələri tutmağa çalışacaqlar.
Qeyd edək ki, “Sumqayıt” 33 oyundan 30 xalla 8-ci yeri tutur.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video