“Zirə”nin güclü tərəfi bu gün işə yaradı. Onların sürətli və yaxşı hücumçuları olur. Biz oyunçularımızı bu barədə xəbərdar etsək də, bunun faydası olmadı”.
QOL.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 33-cü turunda “Zirə”yə 0:1 hesablı məğlubiyyəti şərh edərkən mətbuat konransında deyib.
O qeyd edib ki, indi Avropa kuboklarını yox, ora necə düşmək barədə düşünmək lazımdır: “Aydındır ki, bu cür oyunla ora düşmək çətin olacaq”.
O, komandanın oyunundan bəzi məqamlarda razı, amma ümumilikdə narazı olduğunu söyləyib: “İstək var idi, bu, məni sevindirdi. Amma mən oyunçuları rəqibin əks-hücumları barədə xəbərdar etmişdim”.
“Həm “Zirə”, həm də “Araz-Naxçıvan” sizinlə oyunda azlıqda qaldı. Niyə bundan istifadə edə bilmirsiniz və rəqibin azlıqda qalması sizə qarşı işləyir? sualına Berdıyev belə cavab verib:
“Əlbəttə, bu hokkey deyil ki, say üstünlüyü dərhal nəticə versin. Bəli, bu üstünlük yarada bilər, amma həmişə tam üstünlüyə çevrilmir. ‘Zirə’ ağıllı şəkildə müdafiə olundu. Bizim demək olar ki, heç bir real şansımız olmadı”.
Berdlyev etiraf edib ki, indi “Turan Tovuz”un avrokuboklara düşmək üçün “Qarabağ”ın kubokun finalında qalib gəlməsini arzulamaq qalır.
“Amma eyni zamanda ‘Araz-Naxçıvan’ın xal itirməsini də gözləyirik. Qarşıda üç oyunumuz qalıb və biz onların hamısını qazanmalıyıq” - deyə o vurğulayıb.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri