Almaniya 2-ci Bundesliqasının son turunda "Fortuna" ilə görüşdə əlindən xəsarət alan "Nürnberq"in hücumçusu Mahir Emreli bu gün məşqlərə başlayıb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu komandanın dünənki məşqinə qatılmayıb.
Metakarpal (əl sümüyü) sınığı aşkarlanan Azərbaycan millisinin üzvünün məşqə xüsusi hazırlanmış şinlə çıxmağı məsləhət görülüb. Ötən gün həmin şin hazır olmadığı üçün Mahir məşq edə bilməyib. Bu gün isə Emreli qoruyucu şinlə komanda ilə birlikdə məşqdə iştirak edib. Onun qarşıdakı oyunlarda da meydana bu şəkildə çıxması gözlənilir.
Xatırladaq ki, son vaxtlar oyununda irəliləyiş olan Mahir Emreli ardıcıl 3 matçda 4 qol vurmağı bacarıb.


“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi