UEFA Çempionlar Liqasının növbəti mövsümlərində tarixi dəyişiklik etmək fikrindən daşınıb.
QOL.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Avropanın ali futbol qurumu turnirin Liqa mərhələsinin oyunlarından sonrakı pley-off mərhələsindən başlayaraq matçlarda əlavə vaxtı ləğv etməyi, birbaşa penaltilər seriyasına keçməyi düşünürdü. Sözügedən variant UEFA-nın Avropa Klublar Birliyi ilə danışıqlarında komandaların yükünü azaltmaq məqsədi ilə müzakirə edilib.
Lakin ideya təsdiqlənməyib. Buna səbəb kimi həmin dəyişikliyin cavab oyununda ev sahibi komandaya xüsusi üstünlük qazandıra biləcəyi göstərilib.
Qeyd edək ki, Çempionlar Liqasının 2024/25 mövsümündə ilk dəfə yeni format tətbiq olunub. Formata əsasən, təsnifat mərhələlərini keçən 36 komanda qrup mərhələsində yox, Liqa mərhələsində mübarizə aparıb. İlk 8 yerin sahibləri birbaşa 1/8 finala, sonrakı 16 yerin sahibləri isə pley-offa vəsiqə qazanıblar. Sonuncu 12 komanda turnirlə vidalaşıb.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı