“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqada klub sayının artırılmasına münasibət bildirib.
QOL.az xəbər verir ki, o, bu barədə “CBC Sport”un “90 dəqiqə” verilişində danışarkən bunları söyləyib:
“Premyer Liqada komanda sayının artırılmasına sevinmədim. Bunun da öz səbəbləri var. Çempionatımız indi-indi oturuşmuşdu. Artıq iki ildir ki, çox güclü rəqabət gedir çempionatımızda. Avrokuboklarda biz bunu hiss edirik. Biz “Zirə” olaraq keçən il o rəqabətli çempionatdan çıxmasaydıq, avrokubokda mübarizə apara bilməzdik. İki il qabaqki “Zirə” ilə, bu il yaydakı “Zirə” arasında fərq var idi. Onun səbəbi çempionatın rəqabəti idi. Mən fikirləşirəm ki, ilk növbədə klubların stadionları, infrastrukturuna əl gəzdirilməlidir. “Neftçi”də, “Sabah”da, “Qarabağ”da, “Sumqayıt”da bu yaxşı səviyyədədir. Bu gün bizim 4 komandamız süni ot örtüyündə oynayır və süni ot örtüklərinin vəziyyəti bərbad vəziyyətdədir. Mən bunu hansısa klublarımızı tənqid etmək niyyəti ilə danışmıram. Tutaq ki, bu gün “Turan Tovuz”un rəhbəri mənəm və yaxud məşqçisi mənəm, fərqi yoxdur. Onlar da bizim doğmalarımızdır.
Dünənki futbol, “Turan Tovuz”la “Araz-Naxçıvan” arasında baş tutan oyun əgər Tofiq Bəhramov adına respublika stadionunda, “Neftçi Arena”da, “Dalğa Arena”da olsaydı, tam fərqli futbolun şahidi olacağdıq. Sürətli, texnikalı, daha maraqlı futbolun şahidi olacağdıq. Amma dünən meydança hər iki tərəfə imkan vermirdi ki, texnikalı futbol nümayiş etdirilsin. Bu gün biz o problemi “Səbail”in stadionunda, “Şamaxı”nın stadionunda da yaşayırıq. Bir tərəfdən stadionlarla bağlı məsələ, digər tərəfdən oyun sayı oturmuşdu. İndi 12 komandalı çempionat necə olacaq? 3 dövrəli olsa, oyun sayı azalacaq, pley-off variantı da o qədər effekt verməyəcək, xüsusilə ikinci altılıqda effektli olmayacaq. Narahatam ki, çempionatın effekti aşağı düşər. Təbii olaraq, ən sevindirici atılan addımlardan biri komanda sayının artırılmasıdır. Amma dediyim məsələlər var”.(qafqazinfo.az)
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov
"Komanda haqda mənfi söz deyə bilmərəm" - Veliçko Kaplanoviç
"Kubokdan sonra oynamaq asan deyildi" - Valdas Dambrauskas
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
“Sabah” - “Neftçi” matçında dava düşdü
"Neftçi" Konfrans liqasına vəsiqəni təmin etdi
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi
61 ildən sonra çempion oldular
"Real"ı tərk edə bilər
"Sumqayıt"da ciddi itki
“Beşiktaş” 2 milyonluq bonusdan məhrum oldu
Rekordunu təkrarladı
Vurduğu qol ilə transferini rəsmiləşdirdi
"Sabah" - "Neftçi": Heyətlər açıqlandı
"Zirə" - "Sumqayıt": Heyətlər
"Yuventus" uduzub 6-cı pilləyə düşdü
Cənubi Koreya millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Qvardiola "Mançester Siti"dən ayrılır
Bundesliqanın ən yaxşı oyunçusu seçildi
İngiltərə kubokunun tarixinə düşdü
Xabi Alonsonun təyinatı açıqlandı - Rəsmi
Nəriman ehtiyatda qaldı
Harri Keynin növbəti het-triki - Video
Azərbaycan cüdoçularından Avropa Kubokunda uğurlu start
Qvardiola Ferqyusonun rekordunu təkrarladı
14 mövsüm sonra yenidən La Liqada
Cəlal Hüseynov dayanmaq bilmir, yenə qol vurdu - Video
Mourinyo: “Qalma ehtimalım 99 faizdir”
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
Keyndən yeni rekord
"Real" onu göndərir
Alonso "Çelsi" ilə razılaşıb?
Şamaxıda vurulan 5 qol - Video
"Bavariya" çempionluğunu 5 qolla qeyd etdi
"Mövsüm bitdikdən sonra..." - Jorj Kaşkilya
İngiltərə Kubokunun qalibi "Mançester Siti" oldu
“Qarabağ” Avroliqaya vəsiqəni təmin edib
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
"Hakim qərarlarından qaynaqlanırdı" - Kurban Berdiyev