AFFA bu komandanı yarışdan kənarlaşdırdı

AFFA bu komandanı yarışdan kənarlaşdırdı
XƏBƏR 12 Noyabr 2026 / 16:00 138
-  A +

AFFA U-11 liqasında mübarizə aparan "Çərəkkə" komandasını cəzalandırıb.

QOL.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.

Bildirilib ki, 08.11.2026-cı il tarixində AFFA U-11 Liqasında keçirilməsi nəzərdə tutulan "Çinar" (Göyçay) – "Çərəkə" (Göyçay) oyunu "Çərəkə"nin təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb. Bu hal "Çərəkə"nin iştirakı ilə üçüncü dəfə təkrarlandığı üçün komanda  AFFA U-11 Liqasından kənarlaşdırılıb.

Göyçay təmsilçisinin keçirdiyi oyunların nəticələri isə ləğv edilib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner