Şotlandiyanın “Seltik” klubunun futbolçusu Kamilo Duranın İngiltərə Premyer Liqasına mümkün transferində problem yaranıb.
QOL.az xəbər verir ki, bu barədə Şotlandiyanın “Daily Record” nəşri məlumat yayıb.
İngiltərənin “Lids” klubunun maraq dairəsində olan kolumbiyalı hücumçu hazırda Premyer Liqada çıxış etmək üçün tələb olunan iş icazəsi meyarlarına cavab vermir.
Kolumbiya millisinə yeni cəlb olunan Duran İngiltərədə legionerlərin transferi üçün tətbiq edilən sərt qaydalara əsasən kifayət qədər xal toplaya bilməyib.
Premyer Liqa klubları futbolçuya iş icazəsi verilməməsi ilə bağlı qərardan apellyasiya şikayəti verə bilərlər. Lakin futbolçunun topladığı xallar tələb olunan göstəriciyə yaxın deyilsə, belə qərarlar nadir hallarda dəyişdirilir.

Bundan başqa, Duranı transfer etmək istəyən klub “Seltik”i danışıqlara razı salmaq üçün böyük məbləğdə təklif irəli sürməlidir. Şotlandiya təmsilçisi 24 yaşlı hücumçunu yayda “Qarabağ”dan 6 milyon funt-sterlinqə transfer edib və onunla uzunmüddətli müqavilə imzalayıb.
Nəşr Azərbaycan çempionatının səviyyəsinin nisbətən aşağı olmasının da Duranın iş icazəsi üçün tələb olunan xalları toplamasına mənfi təsir göstərdiyini yazıb.
Lakin kollumbiyalı futbolçunun avrokuboklarda uğurlu çıxışını davam etdirməsi, “Seltik”lə ölkədaxili yarışlarda uğur qazanması və milli komandada müntəzəm oynaması onun İngiltərəyə transfer imkanlarını artıra bilər.
Kolumbiya millisinə yalnız yoldaşlıq oyunları üçün dəvət alan Duran bu mövsüm “Seltik”in ən yaxşı futbolçularından biridir.
QOL.az-ın İngiltərə mənbələrindən araşdırmasına əsasən, İngiltərədə xarici futbolçuların transferi üçün GBE (Governing Body Endorsement) adlı xüsusi xal sistemi tətbiq olunur. Bu sistemi İngiltərə Futbol Assosiasiyası (FA) müəyyənləşdirir.
Futbolçunun standart qaydada iş icazəsi üçün minimum 15 xal toplaması tələb olunur. Burada altı əsas meyar mövcuddur. Bunlar mili komandada iştirak, ölkə çempionatında oynadığı dəqiqələr, avrokuboklarda oynadığı dəqiqələr, klubunun ölkə çempionatındakı nəticəsi, klubunun avrokuboklardakı nəticəsi və çıxış etdiyi çempionatın səviyyəsidir.
Azərbaycan çempionatında mümkün oyun dəqiqələrinin 90-100 faizində iştirak edən futbolçu buna görə cəmi 2 xal, Şotlandiya çempionatında isə eyni göstəriciyə malik futbolçu 8 xal qazanır.
Maraqlıdır ki, noyabrın 28-də Şotlandiyanın “The Scottish Sun” nəşri “Daily Record”un xəbərinin əksini iddia edən material yayıb.
Nəşr yazır ki, Duranın İngiltərə Premyer Liqasına transferi üçün kifayət qədər xalı var. Buna əsas kimi aşağıdakı göstəricilər qeyd olunur: “Seltik”də müntəzəm çıxış etməsi, Avropa Liqasındakı iştirakı, “Qarabağ”ın heyətində Çempionlar Liqasında mümkün oyun dəqiqələrinin 84 faizində iştirak etməsi, “Qarabağ”la Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi.
Nəşrin iddiasına görə, Duran 15 xallıq həddi artıq keçib.
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər
Qvardiola “Barselona”ya qayıtmayacaq
“Ayxan müəllim bizə bu barədə məlumat vermişdi”
Rafa Mirin həbs cəzası azaldıldı
Ronaldo: "Getdiyim hər yerdə əsl qatillər var idi"
Krivotsyukun komandasından məğlubiyyət
“Neftçi”nin legioneri: “Qış çempionluğu hədəfimizdir”
Mbappe ilə müqavilə uzadıldı
Messi və komandasından MLS-ə erkən vida
“Çelsi”dən ardıcıl üçüncü məğlubiyyət
“Səbail” - “Şimal” matçında 7 qol - Video
Cəlal oynadı, komandası uduzdu
Superliqada 13-cü tura start verildi
“Xankəndi”dən səfər qələbəsi - Video
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər