"Mançester Yunayted"dən antirekord

"Mançester Yunayted"dən antirekord
DÜNYA FUTBOLU 29 Noyabr 2026 / 11:38 108
-  A +

“Mançester Yunayted” İngiltərə Premyer Liqası tarixində arzuolunmaz rekorda imza atıb.

QOL.az xəbər verir ki, Mançester təmsilçisi çempionatın 12-ci turunda “Brentford”a 0:4 hesabı ilə uduzub.

Bu məğlubiyyətdən sonra komandanın Premyer Liqada qələbə qazana bilmədiyi oyunların sayı 10-a yüksəlib. “Qırmızı şeytanlar” bu müddətdə 5 heç-heçə edib, 5 görüşdə isə meydanı məğlub tərk ediblər. Bu, klubun Premyer Liqa tarixində ən uzun qələbəsiz seriyasıdır.

12 turdan sonra cəmi 8 xalı olan “Mançester Yunayted” turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner