“Barselona”nın baş məşqçisi Hansi Flik UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda “Sabah”la keçirilən oyunda (4:1) əsəbiləşməsinin səbəbini açıqlayıb.
QOL.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis mətbuat konfransında Azərbaycan təmsilçisinin qolundan sonra verdiyi reaksiyadan danışıb.
Komandasının dördüncü qolundan az sonra qapısında qol görən Flik əsəbiləşərək gödəkçəsini çıxarıb ehtiyat oyunçular skamyasına atmışdı.
“Çox istilənmişdim, ona görə də gödəkçəmi çıxardım”, – deyə Flik istehza ilə bildirib. Daha sonra mütəxəssis əsəbiləşməsinin əsl səbəbini açıqlayıb:
“Oyuna nəzarət edirdik. Sonda “Vilyarreal”la matçda olduğu kimi, səhvə yol verdik. Həmişə daha az səhv etməkdən danışırıq, amma bəzən belə hallar olur. Buna görə əsəbiləşmişdim”.
“Sabah”ın qolundan sonra topa da zərbə vuran Flik həmin epizodla bağlı deyib: “Topu meydana vurmaq istədim, amma sonra düşündüm ki, buna görə məni meydandan kənarlaşdıra bilərlər”.
Almaniyalı məşqçi ümumilikdə komandasının Bakıdakı çıxışından razı qaldığını bildirib:
“Oyun müsbət keçdi. Matça yaxşı münasibətlə, diqqətimizi tam cəmləyərək başladıq. Bu qədər uzaq səfərdə oynayanda ən vacib olan da budur. Bu, Çempionlar Liqasıdır və bütün komandalara hörmət etməlisən. Məqsədimiz qalib gəlmək idi və buna nail olduq. 4:1 hesabı ilə deyil, 4:0 hesabı ilə qalib gəlməyi üstün tutardım. Buna görə də əsəbiləşdim”.
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər
Qvardiola “Barselona”ya qayıtmayacaq
“Ayxan müəllim bizə bu barədə məlumat vermişdi”
Rafa Mirin həbs cəzası azaldıldı
Ronaldo: "Getdiyim hər yerdə əsl qatillər var idi"
Krivotsyukun komandasından məğlubiyyət
“Neftçi”nin legioneri: “Qış çempionluğu hədəfimizdir”
Mbappe ilə müqavilə uzadıldı
Messi və komandasından MLS-ə erkən vida
“Çelsi”dən ardıcıl üçüncü məğlubiyyət
“Səbail” - “Şimal” matçında 7 qol - Video
Cəlal oynadı, komandası uduzdu
Superliqada 13-cü tura start verildi
“Xankəndi”dən səfər qələbəsi - Video
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi