“Əl-Nəsr”dən çempionatda tarixi rekord

“Əl-Nəsr”dən çempionatda tarixi rekord
DÜNYA FUTBOLU 28 Noyabr 2026 / 20:11 380
-  A +

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında ardıcıl 100 oyunda qol vuran ilk komanda olub.

QOL.az xəbər verir ki, buna komanda çempionatın 13-cü turunda “Əl-Həzm”ə qarşı keçirilən matçda (1:0) nail olub.

Görüşün 26-cı dəqiqəsində portuqaliyalı yarımmüdafiəçi Samu Koşta fərqlənərək komandasını önə keçirib. Bu qol “Əl-Nəsr”in ardıcıl 100-cü çempionat matçında rəqib qapısına yol tapması ilə əlamətdar olub.

"Opta"nın məlumatına görə, komandanın bu seriyası 2023-cü ilin dekabrında “Ər-Riyad”la görüşdən başlayıb.

Qeyd edək ki, “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo matçın sonunadək meydanda olub.


Qarabağ FK
Son xəbərlər
27.11.26  19:14

Mourinyo Flikə qarşı

topaz banner