“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 13-cü turunda “Turan Tovuz”a məğlub olduqları matçı (1:2) şərh edib.
QOL.az xəbər verir ki, o, görüşdən sonra təşkil olunan mətbuat konfransında açıqlamasında bunları deyib:
"Bilirsiniz ki, bu, Qərb derbisidir və “Turan Tovuz”la oyun bizim üçün çox vacib idi. Çempionatın liderlərindən biri, fiziki cəhətdən güclü komandaya qarşı oynayırdıq. Buna baxmayaraq, futbolçularımızın Tovuzda yaxşı çıxış etdiyini düşünürəm. Rəqib turnir cədvəlində bizdən öndə olsa da, asanlıqla təslim olmayacağımızı göstərdik.
Təəssüf ki, meydanı məğlub tərk etdik. Məncə, bu oyunda ən azı bir xal qazanmağa layiq idik. Gəncədən gələn azarkeşlərimizə təşəkkür edirəm. Həmişə olduğu kimi, bizi tək qoymadılar. Matçdan sonra futbolçularıma da göstərdikləri oyuna görə minnətdarlığımı bildirdim".
- Vaxtilə “Turan”da da çıxış etmisiniz. Əsl Qərb derbisi 1990-cı illərdə, sizin oynadığınız dövrdə keçirilirdi. Həmin oyunlarla indiki qarşılaşmaları necə müqayisə edərdiniz? Uzun müddətdir belə derbilər, azarkeş rəqabəti olmamışdı.
- Mənim oynadığım illər Tovuz futbolunun ən yaxşı dövrlərindən biri idi. Düşünürəm ki, 2004-2005-ci illər çempionatı Azərbaycan futbolunun ən maraqlı mövsümlərindən olub.
O vaxt Qərb derbilərində azarkeşlərin sayı daha çox idi. Bununla yanaşı, bu gün də xoş atmosfer var idi. “Kəpəz”lə oyunda “Turan Tovuz”un stadionuna gələn azarkeşlərin sayı əvvəlki çempionatlar və digər klubların oyunları ilə müqayisədə kifayət qədər çox idi.
- Məlumdur ki, “Turan Tovuz” standart vəziyyətlərdən kifayət qədər yaxşı yararlanır. Futbolçulara bunun qarşısını almaq üçün hansı tapşırıqları vermişdiniz?
- Oyundan əvvəlki məşqlərdə əsas diqqəti müdafiə standartlarına yönəltmişdik. Bilirdik ki, “Turan Tovuz” uzun ötürmələrdən və standart vəziyyətlərdən istifadə edir. Bu epizodlardan sonra ikinci topları qazanaraq hücumu tamamlamağa çalışırlar.
Həftə ərzində bu cür vəziyyətlərdə müdafiə olunmaq üzərində işlədik. Ancaq fiziki göstəricilər və boy baxımdan futbolçularımız rəqibin standart vəziyyətlərdə hücuma qoşulan oyunçularından geri qalırlar.
Buna baxmayaraq, rəqibin futbolçularına uyğun mövqe seçməyə çalışırdıq. Təəssüf ki, hər iki qolda uzun ötürmələrin və standart vəziyyətlərin qarşısını ala bilmədik.
- İkinci qolu buraxdıqdan sonra futbolçulara irad bildirdiniz. Harada səhvə yol verildi? Rəqibə zərbə imkanı vermələri ilə bağlı narazılığınızın səbəbi nə idi?
- Əslində, həmin vaxt köməkçim Etibar İbrahimovla danışırdım. Bu, irad deyildi, sadəcə fikirlərimi onunla bölüşürdüm.
İkinci qoldan sonra hücumu gücləndirmək üçün iki futbolçunu meydana buraxdıq. Onlardan rəqibin uzun ötürmələrinin qarşısını almağı istəmişdim. Təəssüf ki, tapşırığı yerinə yetirə bilmədilər. Buna görə əsəbiləşdim. Çünki bir və ya üç xal qazanmaq istəyiriksə, rəqibin uzun ötürmələrinə mane olmalıydıq. Ancaq bunu bacarmadıq.
- Qarşıda sizi “Qəbələ” və “Sumqayıt”la oyunlar gözləyir. Bu üç qarşılaşmanın hər birinə üç xal qazanmaq məqsədilə çıxacaqsınız, yoxsa əsas hədəf məğlub olmamaq olacaq?
- Mən həmişə deyirəm ki, hər oyuna qələbə məqsədilə çıxmalıyıq. Əks halda, futbolçularım da bunu hiss edərlər. Baş məşqçi kimi onlardan ilk növbədə müdafiədə diqqətli olmağı və qol buraxmamağı tələb edirəm. Çünki qapımızı toxunulmaz saxlasaq, hücumda fərqlənmək imkanımız olacaq.
Qol buraxmamaq seriyamız var idi. “Şamaxı” ilə oyundan sonra, səhv etmirəmsə, cəmi bir və ya iki dəfə bir qol buraxmışıq. Səkkiz turdan sonra ilk dəfədir ki, səfərdə qapımızda iki qol görürük.
Qarşıdakı oyunların hər birində qələbə qazanmaq istəyirik. “Turan Tovuz”la matça da üç xal üçün çıxmışdıq. Növbəti qarşılaşmalarda da hədəfimiz dəyişməyəcək. İndidən nəticə barədə danışmaq çətindir, amma maksimum xal toplamağa çalışacağıq.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?