Rüfətin komandası uduzdu

Rüfətin komandası uduzdu
DÜNYA FUTBOLU 28 Noyabr 2026 / 22:20 86
-  A +

İsrail Premyer Liqasında 11-ci turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadənin formasını geyindiyi "Kiryat Şimona" səfərdə "Hapoel Ramat Qan"ın qonağı olub.   

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 3-cü dəqiqədə Kristofer Bonifeys vurub.   

Rüfət Abdullazadə ikinci hissənin əvvəlində - 46-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra 7 xalda qalan "Kiryat Şimona" turnir cədvəlinin sonuncu - 14-cü pilləsində qərarlaşıb.   


Qarabağ FK
Son xəbərlər
27.11.26  19:14

Mourinyo Flikə qarşı

topaz banner