38 dəqiqəyə penta-trik

38 dəqiqəyə penta-trik
DÜNYA FUTBOLU 29 Noyabr 2026 / 12:59 231
-  A +

“Lans”ın hücumçusu Abdallah Sima Fransa Liqa 1-də keçirilən oyunda möhtəşəm performans sərgiləyib.

QOL.az xəbər verir ki, 29 yaşlı futbolçu çempionatın 12-ci turunda “Anje” ilə görüşdə 5 qol vurub. “Lans” səfərdə rəqibini 5:2 hesabı ilə məğlub edib.

Sima 43, 64, 70, 76 və 81-ci dəqiqələrdə fərqlənərək 38 dəqiqə ərzində penta-trikə imza atıb. O, komandasının bütün qollarının müəllifi olub.

Qeyd edək ki, cari mövsüm Liqa 1-də 7 matçda iştirak edən hücumçu 6 qol vurub və 1 məhsuldar ötürmə verib.

12 turdan sonra 17 xalı olan “Lans” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Anje” isə 8 xalla 17-cidir.


Qarabağ FK
Son xəbərlər
topaz banner