Toralın komandası heç-heçə etdi

Toralın komandası heç-heçə etdi
DÜNYA FUTBOLU 28 Noyabr 2026 / 19:03 184
-  A +

Türkiyə 1-ci Liqasında 16-cı turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toral Bayramovun formasını geyindiyi "Bursaspor" səfərdə "Vanspor"un qonağı olub. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Görüşdə 27-ci dəqiqədə Emirhan Başyiğitin öz qapısına vurduğu qolla hesabı qonaqlar açsa da, 38-ci dəqiqədə Keleçi İheanaço tarazlığı bərpa edib.

Millimizin üzvü matça start heyətində başlayıb və sonadək meydanda olub.

Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran "Bursaspor" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Vanspor" isə 17 xalla 16-cı pillədə yer alıb.


Qarabağ FK
Son xəbərlər
27.11.26  19:14

Mourinyo Flikə qarşı

topaz banner