İngiltərə Premyer Liqasının bir sıra klubları maliyyə qaydalarını pozmaqda təqsirli bilinən “Mançester Siti”nin hazırkı sahiblərinin klubu satmağa məcbur edilməsini istəyir.
QOL.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bir neçə Premyer Liqa klubunun rəhbərliyi “Mançester Siti”nin əsas sahibi olan şeyx Mənsur bin Zayed Əl Nəhyanın rəhbərlik etdiyi “City Football Group” holdinqinin klubu satmağa məcbur edilməsini uyğun cəza hesab edir.
Klublardan birinin anonim qalmaq istəyən nümayəndəsi bildirib ki, sahiblər klubu satmağa məcbur edilməyəcəksə, digər cəzaların mənası olmayacaq. Onun sözlərinə görə, əks halda Müstəqil Futbol Tənzimləyicisinin (IFR) maliyyələşdirilməsinin məqsədi də sual altına düşə bilər.
Digər tərəfdən, Premyer Liqanın klublardan sanksiyalarla bağlı açıq açıqlamalardan çəkinməyi və prosesin yekunlaşmasını gözləməyi xahiş etdiyi bildirilir. Bununla belə, bəzi klubların rəhbərliyi öz mövqeyini artıq IFR-ə qapalı şəkildə çatdırıb.
Qeyd edək ki, “Mançester Siti” Premyer Liqanın maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsi ilə bağlı müstəqil komissiyanın qərarından apellyasiya şikayəti verib. Klubların hamısı mümkün cəzanın klubu satmağa məcbur etmək olması ilə razı deyil.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı
“Bornmut” təəccübləndirir
“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır
2031-ci ilə qədər "İnter"də
"Beşiktaş" "Hapoel"i belə məğlub etdi - Video
Azərbaycanlı futbolçu Konfrans Liqasında oyuna çıxdı
"Trabzonspor" və "Kayrat" qalib gəldilər
"Milan" və "Beşiktaş"dan qələbə
Ərdoğan “Beşiktaş” prezidentinə zəng etdi