Cəlal oynadı, komandası uduzdu

Cəlal oynadı, komandası uduzdu
DÜNYA FUTBOLU 28 Noyabr 2026 / 00:56 87
-  A +

Rumıniya Superliqasında 17-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” öz meydanında “Arceş”lə üz-üzə gəlib.

Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. “Arceş”ə qələbə gətirən qolu 41-ci dəqiqədə Qabriel Çarpentier vurub. 

Görüşə ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 81-ci dəqiqədə Tiberiu Kapusanın əvəzinə meydana daxil olub. 

Bu məğlubiyyətdən sonra əvvəlki kimi 30 xalda qalan "Petrolul" turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. 


Qarabağ FK
Son xəbərlər
27.11.26  19:14

Mourinyo Flikə qarşı

topaz banner