“Futbolumuzun bu vəziyyətinə görə biz veteranların günahı yoxdur”

“Futbolumuzun bu vəziyyətinə görə biz veteranların günahı yoxdur”
ÖLKƏ FUTBOLU 10 Noyabr 2024 / 12:57 1892
-  A +

“Bu, onun fikridir. Amma Azərbaycan futbolunun bu vəziyyətdə olmasının günahkarı veteranlar deyil”.

QOL.az xəbər verir ki, Futbolxeber.az saytına açıqlamasında bu sözləri veteran futbolçu, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov AFFA-nın vitse-prezidenti Balakişi Qasımovun bu günlərdə verdiyi müsahibədə futbolumuzun hazırkı durumda olmasına görə veteran futbolçuları günahlandırmasına münasibət bildirərkən deyib.

İ.Cavadov bildirib ki, veteranlar heç vaxt ölkə futboluna rəhbərlik etməyiblər: “Balakişi müəllimin fikirləridir, nə deyim... Özü bilər. Ancaq mən hesab edirəm ki, bizim günahımız yoxdur. Çünki biz veteranlar heç vaxt futbola rəhbərlik etməmişik”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner