"Əfsuslar olsun ki, məğlub olduq. İstəməzdik ki, uduzaq. Futbolçulara deyiləcək bir söz yoxdur. Çox əziyyət çəkdilər, həm səfərdə, həm də burada. Xeyli sayda qol epizodlarımız oldu, istifadə edə bilmədik. Azarkeşlərimizə təşəkkür edirəm. Uduzsaq da, bizimlə oldular".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"suna 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırdıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, komandadakı müdaifədəki problemlərlə bağlı bildirib: "Onsuz da oyunumuz belədir. Biz daha çox rəqibin üzərinə atılırıq, rəqib meydanında oyunumuzu qururuq. Bu gün ilk hissədə qapımıza bir zərbə oldu, o da qol oldu. Rəqibə daha yaxın oynamaq lazım idi ki, imkan verməyək. Xırda detallar var. Müdafiəyəmeyilli komanda bu epizodlardan qalib ayrılır. Bizdə fərqlidir. Elvin, Mateus ya digərləri hücuma daha çox meyillidirlər. Oyunun 70-80 faizini hücumda keçirirlər. Çatışmazlıqlar olacaq. Amma mütləq şəkildə diqqət ayırmalıyıq. Qol vurmuruqsa, buraxmamaq haqda da düşünməliyik. "Dinamo"dan 5 qol buraxıb, bir qol vura bilməmişiksə, nəyisə izah etmək düzgün çıxmaz. Xeyli sayda qol epizodları yaratdıq. Halbuki rəqib müdafiədə sıx oynayırdı. Bu cür komandaya qarşı qol epizodları yaratmaq asan deyil. Müdafiədə səhvləri bir az azaltmalıyıq".
Mütəxəssis "komandada inanılmaz yorğunluq hiss edilirdi, sanki futbolçuların halı yox idi. Bunu ilk oyundakı ekstra yüklənmə ilə əlaqələndirərsiniz" sualını belə cavablandırıb:
"Bilmirəm bu fikir haradan yaranıb? Yorğun komanda rəqibin cərimə meydanında 3 metrdən qol epizodu yarada bilməz. Xorvatiyadakı oyundan sonra belə fikir formalaşdı. Nəyisə axtarıb fikirləri fiziki formaya gətiriblər. Aslan Kərimov da deyib... Xorvatiya mətbuatından çıxmışdı, ya nədir... Futbol güc, sürət oyunudur. Bizim futbolçuların göstəricilərinə baxsanız, oyunda neçə kilometr qət ediblər... Biz səfərdə rəqibdən daha çox qaçmışıq. Maksimal sürətimiz rəqibdən daha çox olub, maksimal sprintlər də həmçinin. İnanmıram ki, bugünkü göstəricilər də az olsun. Belə fikir formalaşıb, maraqlı söz-söhbət yaranıb, yorğunluq... Anlamıram. Futbolçu gərgin olanda hansısa dəqiqələrdə nəsə hiss edilir. Amma 33 yaşlı Zubir 90 dəqiqə meydanda dayanırsa, Elvin 90 dəqiqə 80-90 metr gedib-qayıdırsa, bu qədər hərəkətli olurlarsa, bu fikir mənim üçün qəribə gəldi. Bizim işimiz normal gedir. Hər bir futbolçunun fiziki hazırlığını daha da qaldırmalıyıq. Bu tip turnirlərdə oynamaq üçün daha çox məşq etməliyik. Yorğunluq görmədim".
Q.Qurbanov yeni transfer axtarışında olduqlarını söyləyib: "Bir transfer də etmişik. İki aydan çox idi ki, danışıqlar gedirdi. Bir dəfə alınmamışdı, söhbət dayanmışdı. Bizə uyğun variant olsa, mütləq transfer etmək istəyirik. Bizi qarşıda çox sıx qrafik gözləyir. Avrokuboklar, milli oyunlar, çempionatımız var. Oyunların sayı çoxalır. Zədələrimiz çoxala bilər, rotasiyalara getməliyik. Belə olan halda, oyunçular dəvət etmək istəyərik".
O, hakim qərarları ilə əlaqədar deyib: "Hansısa yuxarı səviyyədə öz sahəsində öz işini görən insan haqda mənim danışmağım düzgün çıxmaz. İngiltərə Premyer Liqasında o cür oyunlarda, ÇL-də, böyük matçlarda hakimlik edən biri barədə, düz etdi, ya səhv etdi demək etik baxımdan düzgün olmaz. İlk hissədə penalti epizodu çox şübhəli idi. Kontakt oldusa, birmənalı şəkildə penaltidir. Biz bunu belə eşitmişik. Amma bilmirəm İngiltərədə necədir? Əminliklə deyərəm ki, penalti vermək olardı. Kevin Medinanın qırmızısına gəlincə, bəsit sarı vərəqələr idi. Onsuz da uduzmuşuq, son dəqiqələrdir. Əl kontkatı yox idi, mübarizə idi. Belə oyunda ikinci sarını vermək, bilmirəm nə dərəcədə düzgündür. Böyük hakimdir. Bizim üçün də onun Bakıya gəlməsi xoşdur. Onu canlı görmək, sonra TV-də görmək maraqlıdır".
Mütəxəssis Marko Veşoviçlə Marko Yankoviçin yoxluğu cütün taleyinə nə dərəcədə təsir etdiyi ilə əlaqədar söyləyib: "Təsiri olmamış olmaz. Hər ikisi əsas heyət oyunçusu idi. Topla yaxşı davranan futbolçuların olması üstünlükdür, olmaması isə əksinə. Ancaq onlarsız da qalib gəlmişik. Əlimizdəki oyunçuların hamısı sağlam olanda, mənim üçün daha asandır. Təsiri var. Amma digər oyunçularım da göstərdilər ki, daha yaxşı nəticə əldə etməyə layiq idilər".
Baş məşqçi futbolçuların həvəsdən düşməməsi üçün ilk addımı atdıqlarını vurğulayıb: "Paltardəyişmə otağında hər birinə təşəkkür etdim. Bu gün çox üzgün olsaq, bunu çox düşünsək, qarşıdakı işimizə mane olacaq. Bir az üzgün idilər. Amma mütləq şəkildə daha da bərk olub qarşıdakı turnirə hazırlaşmalıyıq. Biz qarşımızdakı rəqiblərə dəyər vermişik. Onlar qalib gəlibsə, demək bizdən üstün idilər. Futbolçular bu gün gördülər ki, daha bərk, daha diqqətli və daha ağıllı oynamağa çalışmalıyıq".
Q.Qurbanov insanlarda "Qarabağ"ın mərhələ keçəcəyinə inam olmasının haradan yarandığı ilə bağlı deyib: "Bu gün bazada belə söhbətim oldu. "Qalatasaray"ın oyununa baxdıq, uduzdular. Bir qol vurmaq lazım idi. Biz isə 3 qol vurmalıydıq. "Qalatasaray" uduzdu, öz-özümə düşündüm ki, gör bizi, "Qarabağ"ı nə qədər çox sevirlər, çox güvənirlər ki, bu cür oyunda 3-4 qol vuracağımıza inanırlar. Bu birlikdir, komandaya olan sevgidir, inamdır. Bəlkə də, maraqlansaq, azarkeşlərin 70 faizi bizə daha çox motivasiya vermək üçün belə danışırdılar. Bəlkə onlar da razılaşmışdı ki, üç qol vurmaq çətin olacaq. Azarkeşlərimiz futbolu heç də pis incələmirlər. Bizə motivasiya vermək üçün daha çox bu fikirləri demişdilər. Buna da çox sevindim. Bizim başqa çıxış yolumuz qalmır. Hansısa oyunda uduza bilərik, qruplara da düşməyə bilərik, amma həmişə demişəm ki, bütün azarkeşlər bilməlidir, mən başda olmaqla futbolçular, hamımız işimizə məsuliyyətli yanaşmışıq. Klub, komanda sağlam əllərdədir. Hamı dərk edir ki, Qarabağ adı nə deməkdir. İnam da buradan yaranıb. Buna görə azarkeşlərimizə təşəkkür edirəm. Böyük zəfərdən sonra xalq olaraq, daha mehriban, daha inamlı olmuşuq, bir-birimizə hörmətlə yanaşmışıq. Bu gün məğlubiyyət oldusa, sabah qalibiyyətlər olacaq".
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
Sergey Milinkoviçlə müqavilə imzalandı
"Qəbələ" və "Zirə"nin əvəzedicilərindən böyükhesablı qələbə
De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
London klubu Kante ilə yeni müqavilə imzaladı
"Qızlar xarakter göstərdilər" - Siyasət Əsgərov
İqor Tudor “Yuventus”dan qovuldu
U-17 millimiz rəqibinə böyük hesabla məğlub oldu
Azərbaycan millisi Qazaxıstana yenə qalib gəldi
Vinisiusdan Yamala sərt sözlər
Azərbaycanda UEFA Pro kursunun IV mərhələsi başladı
Türkiyə klublarının Avropa qazancı
Kovaçiç “Mançester Siti”dən ayrılır?
Alvaro Karreras Yamalın driblinqinə münasibət bildirdi
İqor Tudorun “Yuventus”dakı gələcəyi sual altındadır
Azərbaycan kubokunun adı dəyişdirildi
100-cü oyun
Qvardiola: “Bu məğlubiyyət bizi daha da gücləndirəcək”
Azərbaycan kubokunda buhəftəki oyunların hakimləri açıqlandı
"Azərbaycanda oynayıramsa, "Qarabağ"ın uğuruna sevinməliyəm" - Portuqaliyalı legioner
"Qəbələ"nin 200-cü məğlubiyyəti
"Kəpəz"in uğursuzluq yubileyi
Andrade üçün əlamətdar oyun
“Bavariya”nın futbolçusu İngiltərə yolunda
Neymarın yeni ünvanı İtaliya ola bilər
"El-Klasiko"da vurulan qollar - Video
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan dünya çempionu oldu
“Azərsun Arena”da qol səssizliyi - Video
“Real” - “Barselona” oyununda qalmaqal - Şəkil
“El-Klasiko”da 3 qol vuruldu
Ayxan Abbasov: "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq"
“Qarabağ”dan gözlənilməz xal itkisi, “Neftçi”dən qələbə
Abubakardan Azərbaycandakı debütü ilə bağlı - İlk açıqlama
Samir Abasovdan qələbə şərhi
"Sabah"ın U-12 komandası Türkiyədə çempion oldu
“Qarabağ” - “Şamaxı”: heyətlər
Qazaxıstanda çempion son turda müəyyənləşdi