"Qarabağ" necə komandadır? Onun "Dinamo"nu adlamaq perspektivi necədir?"
QOL.az-ın məlumatına görə, Xorvatiyada nəşr olunan "Jutarnji List" nəşri belə yazır. Nəşr Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb") - "Qarabağ" cütünə yazı həsr edib.
Qəzet əvvəlcə Ağdam klubunun ÇL-in üçüncü təsnifat mərhələsində səfərdə "Ludoqorets" (Bolqarıstan) üzərindəki 7:2 hesablı qələbəsinə və iki oyunun nəticəsinə əsasən mərhələ adlamasına toxunur.
"Dinamo" ilə "Qarabağ" arasında keçiriləcək matçla bağlı isə Xorvatiya nəşri çox arxayın qeydlər edir. Yazı müəllifinin fikrincə, Razqraddakı matçın nəticəsi (7:2) qorxulu görünsə də, "Dinamo"nun rəqibdən çəkinməsinə əsas yoxdur.
"Düzdür, "Ludoqorets" "göylər"ə ("Dinamo"ya - red.) daha uyğun idi. Çünki azərbaycanlılar daha təcrübəli, təşkilatlanmış, intizamlı və güclüdür. Amma obyektiv qiymətləndirsək, keyfiyyət baxımından üstünlük "Dinamo"nun tərəfindədir. "Göylər"in də Azərbaycan komandası barədə sadaladığımız yaxşı tərəfləri var. Amma fərdi baxımdan onlar ("Dinamo") müqayisəolunmaz dərəcədə yaxşıdırlar və kağız üzərində "pley-off"un favoritidirlər" - deyə nəşr yazır.
Yazı müəllifi "Dinamo"nun "Qarabağ"ın "iki arzuolunmaz futbolçusuna" diqqət yetirməli olduğunu qeyd edir:

"Hücumameylli yarımmüdafiəçi Yassin Benzia (29 yaş) Razqradda 2 qol vurdu və 1 qol ötürməsi etdi. Benzia Əlcəzair millisinin oyunçusudur. O, "Qarabağ"a ötən il "Dijon"dan gəlib. Buna qədər isə "Lill", "Lion", "Olimpiakos" "Fənərbaxça"da oynayıb. Azərbacan komandası oyunu onun üzərində qurur. Qısa ifadə etsək, o, "Qarabağ"ın Baturinasıdır ("Dinamo"nun 21 yaşlı yarımmüdafiəçisi Martin Baturina nəzərdə tutulur - red.).

İkinci oyunçu - 32 yaşlı Abdullah Zubir komandanın kapitanıdır. O, hücumun hər iki cinahında yaxşı oynayır. Zubirin əsas mövqeyi isə sol cinahdadır. O, Fransada doğulub, Mərakeş vətəndaşlığı var və altı il əvvəl "Lans"dan "Qarabağ"a gəlib".
Xorvat nəşri "Qarabağ"ın, onların fikrincə, çatışmayan tərəflərinə də toxunur: "Müdafiə tez-tez boşluqlara yol verirdi. Böyük ölçüdə bunun səbəbkarı isə kolumbiyalı stopper Kevin Medina (31) idi. Onun hər iki oyunda xeyli aşağı qiymətləndirməsi oldu. "Ludoqorets" əsasən onun səhvi ucbatından təhlükəli vəziyyətlər yaradırdı".
"Jutarnji List" sonda qeyd edir ki, "Dinamo"nun "Qarabağ"dan qorxması üçün səbəbi yoxdur. "Əgər "göylər" istənilən səviyyədə oynasa, özlərinə inansa, onda bahalı Çempionlar Liqası tamamilə əlçatandır. Amma aydın məsələdir ki, bizim çempion çox ehtiyatlı olmalı və matça ciddi yanaşmalıdır. Axı, rəqibi kiçik də olsa qiymətləndirməmə onlara baha başa gələ bilər. Əlbəttə, "Qarabağ" hörmətə layiqdir (eləcə də digər rəqiblər), amma "Dinamo"nun "kozır"ı daha güclüdür".
Xatırladaq ki, "Dinamo" ilə "Qarabağ" arasında ilk oyun avqustun 20-si Zaqrebdə, cavab matçı avqustun 28-si Bakıda keçiriləcək.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı