Kiyevin "Dinamo" klubu "Partizan"a (Serbiya) qarşı keçiriləcək Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunu öncəsi rəqibə etiraz edən qərar verib.
QOL.az xəbər verir ki, buna "Partizan"ın iyul ayında Moskvada keçirilmiş "Qardaşlıq kuboku" adlı turnirdə iştirakı səbəb olub.
Kiyev "Dinamo"su hesab edir ki, "Partizan" həmin turnirdə iştirak etməklə Ukraynaya hörmətsizlik edib. Bu səbəbdən Kiyev klubunun futbolçuları bu gün keçiriləcək oyunda rəqib oyunçularının əlini sıxmamaq, eləcə də klubun rəmzlərinin əks olunduğu vımpelləri dəyişdirməmək qərarı verib.

"Dinamo"nun baş məşqçisi Aleksandr Şovkovski oyundan öncə keçirilən mətbuat konfrasında deyib ki, onlar "Partizan"ın həmin səfərini anlamırlar. O, Rusiyanın Ukraynaya qarşı müharibə apardığını, ərazilərini işğal etdiyini, günahsız insanları qırdığını deyib.
"Biz bu məsələ ilə bağlı özümüz bilərəkdən heç bir açıqlama verməmişik ki, matçdan əvvəl düşmənçiliyi qızışdırmayaq. Lakin bütün yuxarıda qeyd olunan halları nəzərə alaraq, bütün rəsmi tədbirlərdən imtina etməyə məcburuq”, - deyə Şovkovski bildirib.
Qeyd edək ki, "Dinamo" - "Partizan" oyunu bu gün Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Kiyev təmsilçisi müharibə səbəbindən rəqibi neytral meydanda - Polşanın Lyublin şəhərində qəbul edəcək.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü