"Kəpəz" azarkeşlərini təbrik edirəm. Premyer Liqada qalmağı təmin etdik. Bu gün mübarizə apardıq, döyüşdük. Qələbəni alın tərimizlə qazandıq. Bütün oyunçulara təşəkkür edirəm. İnşallah, yeni mərhələyə keçirik".
QOL.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 32-ci turunda bu gün səfərdə "Qəbələ"yə qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.
Bugünkü qələbə ilə "Kəpəz"in elitada qalacağı, "Qəbələ"nin isə sonuncu olacağı rəsmiləşib. Adil Şükürov qeyd edib ki, "Qəbələ" kimi klub Premyer Liqanı tərk etməməlidir: "Qəbələ"nin infrastrukturu Azərbaycanda bir nömrədir. Bu komandaya yardım etməliyik. "Qəbələ" daha yaxşı olmalıdır, çempionatda qalıb, ölkə futboluna yeni oyunçular bəxş etməlidirlər. Belə infrastrukturu dağıtmaq Azərbaycan futboluna qəsd etməkdir".
A.Şükürov "Kəpəz"ə baş məşqçi təyin olunmamışdan öncə bir neçə il işsiz qaldınız. Sizə qarşı haqsızlıq olduğunu düşünmürsünüz?" sualını belə cavablandırıb: "Zirə"də ilk ilimdə gümüş medal qazandım. Böyük şans yarandı. Əsas komandanı qurmaqda düz yolda olmuşuq. Bunu həm "Zirə"də, həm də burada göstərdim. Tovuz akademiyasının qurulmasında iştirak etmişəm. İdman Nazirliyinin nəzdində "Ulduz" akademiyasının yaradılmasında da iştirakım oldu. Bunlar böyük təcrübə idi və bunlardan yararlandım. İşimizi daha təkmilləşdirdik. Bu gün komandamız sona dörd tur qalmış çempionatda qalmağı rəsmiləşdirdi. Gələcəkdə yaxşı yerlər uğrunda mübarizə aparmalıyıq".
A.Şükürov bildirib ki, komandanın elitada qalmasında hər kəsin əməyi var: "Hər kəsin burada əməyi var. Hər kəs bir yumruq kimi çıxış etdi. Bu gün də bu əməyin bəhrəsini görürük. Bu komandanı toparlayan Azər Məmmədova təşəkkür edirəm. Heyəti o qurub. Sadəcə futbola baxış fərqi var. Bizim baxışımız fərqli olduğu üçün həmin komandanı önə apardıq, xallar qazandıq. Tez gəlsəydim, necə olardı, bilmirəm. Gəncədə son oyunların birində "Kəpəz" "Səbail"ə məğlub olmuşdu. 0:3 hesabıyla bitən görüşə baxmışdım. Bəzi epizodlarda komanda xoşuma gəlmişdi. Düşünürdüm ki, bu komandaya gəlsəm, nələrsə edə bilərik. Futbolçular uduzsa da, mübarizə aparmışdılar. Oyunçulardakı potensialı görmüşdüm. Bir işi etmək üçün əlimizdəkilərin potensialına baxıb, nələrsə tələb etmək lazımdır".
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu