"Futbolçularımı təbrik edirəm. Bura xal götürmək üçün gəlmişdik. Ən önəmlisi də bu idi ki, üç xalı əldə edə bildik".
QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 31-ci turunda bu gün "Kəpəz"ə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
O, 2:1 hesablı qələbəni belə şərh edib: "Oyunu iki hissəyə bölmək lazımdır. Birinci yarıda çox yaxşı oynadıq, hər şey bizim nəzarətimiz altında idi. 2-3 şansımız oldu ki, daha yaxşı istifadə edə bilərdik. Fasilədə futbolçulara dedim ki, 3-cü qolu vurmalıyıq. Fasilədən sonra qol vurmağa o qədər də iddialı görünmürdük. İkinci hissədən məmnun deyiləm".
Xorvatiyalı mütəxəssis süni meydançada oynamağın onlar üçün asan olmadığını bildirib: "Xorvatiyada süni meydanda peşəkar futbol oynanılmır. Premyer Liqada çıxış edən bütün komandalar təbii meydançada oynamalıdır. Bütün həftə məşqləri təbii örtükdə edirik. 15 gün ərzində burada iki dəfə oynamaq asan deyil".
Renduliç "Növbəti mövsüm üçün komandaya xorvatiyalı futbolçular gətirmək planınız varmı?" sualını isə belə cavablandırıb: "Xorvatiyada istedadlı, keyfiyyətli futbolçular var. Amma o demək deyil ki, istədiyim hər oyunçu bura gətirə bilərəm".
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı