“İlk növbədə azarkeşlərimizi təbrik edirəm. Sağ olsunlar, var olsunlar, bacardıqları qədər bura gəldilər. Eləcə də gəlməyib dəstək olanlar, ürəkləri partlayanlar, matçın gedişini həyəcanla izləyənlər - hamısı sağ olsunlar. Bu qələbədə onların da payı var, bizi tək qoymadılar. Matçdan öncəki ajiotaj bizi öz yolumuzdan, öz oyunumuzdan çıxara bilərdi. Amma sağ olsun futbolçular, hər şeyi sakit qəbul elədik. Hamımız başa düşürdük ki, bu, futbolun bir hissəsidir və öz oyunumuzdan dönmədik”.
QOL.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 31-ci turunda səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Mütəxəssis bu qələbəni kimə həsr etdiyini də açıqlayıb: “Turan Tovuz”un oyununa hazır idik. Bunu hər kəs gördü. Aşağı-yuxarı rəqibin bir oyun üslubu var ki, evdə onlara qarşı müqavimət göstərmək həddindən artıq çətindir. Biz bunu bacardıq. Eləcə də futbolçularım rəqibin oyununa mane olmaqla yanaşı, özləri də yaxşı çıxış etdilər. Buna görə onları təbrik edirəm. Məndən soruşsanız ki, bu qələbəni kimə həsr edirsiniz, bizim akademyiyamızın sürücüsü var, Yavər, o, ağır əməliyyat keçirib. Çox istərdim ki, bu qələbə onun üçün bir sevinc payı olsun. Allah ona şəfa versin. Tezliklə qayıdışını gözləyirik”.
S.Abasov qeyd edib ki, heç kim bu gün “Sumqayıt”ı olduğu yerdə görmək istəmir: “Turnir cədvəlində komandalar bir-birinə o qədər sıxdır ki, bir qələbə avrokuboklara vəsiqəni təmin etmir. Amma ən azından ayaqda saxlayır, növbəti matçlara motivasiya edir. Biz bu gün uduzsaydıq, növbəti tur “Qarabağ”la oynayacağımızı nəzərə alsaq, nələr baş verəcəyini bilmirəm. Bu gün bizi bu yerdə görmək heç kim üçün xoş deyil. Nə mənada? Digər klublara işarə edirəm. Bəlkə də, çoxlarının planlarını pozmuşuq, alt-üst eləmişik. Onun üçün də hər matça bir fikirlə çıxırıq - biz bu gün tək rəqibə qarşı oynamırıq, digər komandaların da təzyiqi var. Onun üçün də sakit olmağa çalışacağıq. Biz öz yolumuzla getməliyik. Bu yolun sonunda şərt olaraq qarşımıza avrokuboklara vəsiqə qazanaq qoyulmayıb. Amma qitə kuboklarına vəsiqə qazansaq, təbii ki sevinəcəyik, deməli, gördüyümüz iş o qədər də pis deyil”.
O, son turlar Kamran Əliyevin heyətdən kənarda qalması barədə də danışıb: “Qışdan sonra biz oyun düzülüşündə dəyişiklik etdik. Mən Kamranın oyununda eniş hiss etmirəm. Hətta ondan razıyam. Çoxları düşünə bilər ki, start heyətində yer almırsa, deməli, formada deyil. Lakin Kamranın məşqlərdə, sonradan meydana çıxdığı oyunlarda sərf etdiyi enerji, komandaya kömək etmək istəyi məni razı salır. Bugünkü oyunlar tələb edir ki, Kamran ya sonradan meydana daxil olsun, ya da ehtiyatda qalsın”.
“Bu gün sadəcə “Turan Tovuz”a qalib gəldiniz?” sualını “Sumqayıt”ın baş məşqçisi belə cavablandırıb: “Mətbuat konfransında gələndə bilirdim nələr soruşacaqsınız. Sadəcə bu cür hərəkətlər deyirəm, yazılar demirəm, çünki yazılar desəm, medianın xətrinə dəyə bilər. Bu, futbolda normaldırmı, mən bilmirəm. Ölkədən kənarda işləməmişəm, xaricdə oyunlardan əvvəl nələr baş verdiyindən məlumatsızam. Amma düşünürəm ki, bu cür hallar məşqçilərin arasını vurur, futbolçuları qızışdırır. İki klubu bir-birinə düşmən edir. Sonra meydanda nəsə baş verəndə hər birimiz bunu qınayırıq. Lakin buna zəmin hardan yaranıb? O cür insanlar zəmin yaradır. Bu gün əksinə, bu cür yazılar, kimlərsə olmayan şeyləri yazmaqla, sanki “Sumqayıt”ı gətirib buralara dartırlar düşüncəsi yaratmaqla bizim komandamızın xeyir verdi, “Turan Tovuz”a isə ziyan. Bundan sonra biz hər oyunu udacağıqsa, gündə yazsınlar. Lakin belə şeylər yoxdur. Bəlkə də xaricdə belə hallar var. Amma mən bunu qəbul etmirəm. Yenə deyirəm, “Turan Tovuz”a uğurlar arzulayıram. Həddindən artıq yaxşı işlər görürlər. Rəqib olmağımıza baxmayaraq, istər Ayxan Abbasovun gördüyü iş, istər komandasının göstərdiyi futbol, istər rəhbərlik səviyyəsində görülən işləri bəyənirəm və onlara uğurlar arzu edirəm”.
Samir Abasov dördüncü qoldan sonra tovuzlu azarkeşlərin komandasının alqışlamasına da münasibət bildirib: “Bu, azarkeşlərin futbol baxımından necə bilikli olmasına bir işarədir. Yaxşı futbolu alqışlaşdılar. Düşünmürəm ki, bu, “Turan Tovuz”a qarşıdır. Burada hər oyunda stadionun necə dolduğunu görmək çox xoşdur. İnşallah növbəti oyunlarda azarkeşlər “Turan Tovuz”u alqışlayarlar”.
O qeyd edib ki, komandasının bugünkü parlaq qələbəsi ilə neqativ söhbələrə son qoyulacağına inanır: “Bu danışdıqlarımız futbol mövzusu deyil. Az əvvəl mənə Kamran Əliyevlə bağlı sual verildi, mənə də xoşdur ki, oyunçum barədə danışım. Çünki oyun gedə-gedə bəzən azarkeşlərimizdən kimsə qışqırır ki, hansısa oyunçunu meydana burax. Mətbuat konfransında futbolçular barədə danışanda azarkeşlərə bir növ futbolçular barədə məlumatları da çatdırmış oluram. Amma neçə mətbuat konfransıdır ki, futboldan kənar mövzular barədə danışırıq. Bu, xoş deyil”.
O, futbolçularının hazırkı durumundan razılığını ifadə edib: “Bu gün komandamızda möhtəşəm uşaqlar yığılıb. Amma bu gün görüşlən işə əla deyə bilmirəm. Çünki sabah avrokuboklara vəsiqə qazanmasam, soruşacaqlar ki, nəyə əla deyirdin. Biz bura addım-addım gəlmişik. Əsas odur ki, oyunçular və məşqçilərin düşüncəsi eyni olsun. Futbolçularımızın inkişafı göz önündədir. Yerlilərdən danışsaq, Səbuhi Abdullazadənin oyunu göz qabağındadır”.
Loqo davası…
"Zaqatala" - "Karvan" matçında vurulan 4 qol - Video
Vinisius ötən mövsümün ən yaxşısı seçildi
Misli Premyer Liqasında 17-ci turun təyinatları bəlli oldu
"Liverpul"un yeni transferi niyə oynamır?
Türk azarkeşlər Avroliqanın bu oyununa buraxılmayacaqlar
"Qəbələ" liderliyini belə qorudu - Video
“Azərbaycan futbolu və “Neftçi”ni izləyirəm” - Skripçenko
Sxadadzenin qələbə şərhi
“Bəlkə də ən çətin qruplardan birinə düşdük” - Montella
İngiltərə Premyer Liqasında ən yaxşı seçildi
"Qəbələ" qalib gəldi, "Karvan" və "İmişli" heç-heçə etdi
Rebrov Azərbaycan millisi və püşk haqda nə dedi?
Santuş püşkü dəyərləndirdi
Azərbaycan millisinin sonuncu rəqibi nə vaxt bilinəcək?
2-ci liqada 12-ci tura yekun vuruldu
DÇ-2026-nın seçmə mərhələsinin püşkü atıldı
Çin millisinin keçmiş baş məşqçisi 20 il həbs cəzası aldı
Azərbaycan klublarının UEFA reytinqindəki yerləri açıqlandı
Azərbaycan millisinin FİFA reytinqindəki mövqeyi bilindi
Qurban Qurbanov 2024-cü ilin ən yaxşı məşqçisi seçildi
AFFA rəhbərliyi Santuşun istefası xəbərlərinə nöqtə qoydu
İbrahimoviç bu futbolçuya nifrət edir
Marandiçi xəstəxanadan evə buraxıldı və təşəkkür etdi
Messi onu özünə bənzətdi
Murad Musayev Bakıya gəldi
Avropa Liqası ilə vidalaşacaqlar
“Azərbaycanda futbol akademiyalarının sayı çoxalmalıdır”