Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” ötən gün İsveç çempionatının 3-cü turunda “Sirius”u 2:0 hesabı ilə məğlub edib.
QOL.az xəbər verir ki, Musanın adı bu matçın iştirak ərizəsinə salınmayıb.
Həmçinin oxuyun: Musadan "Qarabağ"a qayıdacağı barədə xəbərlərə münasibət
Komandanın baş məşqçisi Tomas Lagerlöf oyundan sonra keçirdiyi mətbuat konfransında bunun səbəbi ilə bağlı da danışıb. O, heyətdəki rəqabət səbəbindən Musaya şans verilmədiyini bildirib: “Rəqabətli vəziyyətdir. Heyətdə yalnız 20 oyunçu ola bilər. Komandada tarazlıq olmalıdır. Daha yaxşı seçimlərimiz olduğunu hiss etdik. Sadəcə rəqabətə görə belə seçim etdik”.
Qeyd edək ki, Musa Qurbanlı 3 turdan sonra bir oyunda meydana çıxıb. O, mövsümün ilk turunun matçında 70-ci dəqiqədə meydana daxil olub. "Yurqorden" hazırda 7 xalla liderdir.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur