Misli Premyer Liqasının 29-cu turunun dünən keçirilən "Neftçi" - "Sumqayıt" oyunundakı (1:1) hakim qərarları futbol ictimaiyyətinin müzakirələrinə səbəb olub. 89-cu dəqiqədə "Neftçi"nin vurduğu qolun qeydə alınmayıb. 90+6-cı dəqiqəsində "Neftçi"nin futbolçusu Andre Şinyaşikiyə qarşı cərimə meydançasında qayda pozunsu olsa da, baş hakim Elçin Məsiyev penalti təyin etməyib.
QOL.az həmin epizod haqda mütəxəssislərin fikirlərini öyrənib.
Futbol mütəxəssisi Yunis Hüseynov bu anı şübhəli epizod kimi qiymətləndirib: "Düzü, mən də dünən əsəbiləşdim. "Neftçi" qol buraxdıqdan sonra təşəbbüsü ələ almışdı. Qol imkanları oldu. Amma qalib gələ bilmədilər. O ki qaldı mübahisəli epizoda, düşünürəm ki, "Neftçi"nin vurduğu qol da qeydə alınmalı idi. Mənə elə gəlir ki, dünən "Neftçi"nin sayılmayan qolu zamanı cərimə zərbəsi qərarı verilməməli idi. Yenə də "Neftçi"nin oyunu xoşuma gəlmədi. Hakimlərimiz barədə danışmağım düzgün olmaz. Lakin hakimlərdə də səhvlər olur. Son vaxtlarda çox səhvlər edirlər. Məncə, hakimlər öz üzərlərində işləməlidirlər ki, hər iki komandaya qarşı layiqli və düzgün qərarlar qəbul etsinlər. Bilirsiniz ki, futbolçular 90 dəqiqə əziyyət çəkirlər. Amma hakimin bir səhvi 90 dəqiqənin taleyini həll edir. Hakimlər bir az diqqətli olmalıdırlar. 90+6-cı dəqiqədəki epizodu isə şübhəli epizod kimi qiymətləndirərdim. Daha çox 32-ci dəqiqədəki epizodda penalti qərarının verilməli olduğunu düşünürəm"
Digər futbol mütəxəssisi Bəxtiyar Musayev isə Elçin Məsiyevin "davam" qərarının yalnış olduğunu deyib: "Mən də oyuna baxdım. Məncə, "Sumqayıt"ı qapısına penalti təyin olunmalı idi. Mübahisəli qərarlar oldu. "Neftçi"nin qol epizodunda da şübhəli qərar verildi. Hətta "Neftçi" hesabı bərabərləşdirəndə penalti epizodu son saniyələrdəki epizoda nisbətən daha yüngül idi. Təəssüflər olsun ki, ölkədə VAR texnologiyası olsa da, hakimlik bərbaddır. Demək olar ki, hər oyunda belə yalnış qərarlar görürük. Oyunun tempini çox aşağı salırlar. Tez-tez oyun dayanır. Hakimlərimizin əksəriyyətinin idarəçiliyi bərbaddır. Bu, əsasən də gənc hakimlərə aiddir. Onlar nəinki oyunda səhv qərarlar verirlər, davranışları da xoşagələn deyil. Özlərini sanki ədalət təmsilçisi kimi yox, meydanın ağası kimi aparırlar. Üz cizgiləri, hərəkətləri çox mənfi təsir bağışlayır. Hakimlik çox pis durumdadır. Dərhal müdaxilə olunmalıdır. İndi 2-4-cü yerlərdə olan komandalar arasında gərgin mübarizə gedir. Ona görə hakimlər çox diqqətli olmalıdırlar. Hakimlər özlərini elə aparırlar ki, sanki hər oyun 10 min, 20 min azarkeş onlara görə tribunalara gəlir".
Nur Zeynalova
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
O gün gəlib çatdı! - "Ölüm-dirim" oyunları başlayır
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı