Elmar Baxşıyev “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub.
QOL.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
Mütəxəssislə bu gün müqavilə imzalanıb. Klub rəhbərliyi tərəfindən komanda üzvlərinə təqdim olunan baş məşqçi kollektivi ilk məşqinə çıxarıb. Məşqçilər korpusunda da dəyişiklik edilib. Xaqani Məmmədov və Rasim Ramaldanov köməkçi-məşqçi təyin olunublar.
Qeyd edək ki, Elmar Baxşıyev futbolçu karyerası ərzində “Xəzər Universiteti”, “İnter”, “Xəzər-Lənkəran”, “Neftçi” və “Qəbələ” klublarının formasını geyinib, Azərbaycan millisinin heyətində 30-dan artıq oyun keçirib. Baş məşqçi kimi “Qəbələ”ni çalışdıran mütəxəssis Azərbaycan kubokunun qalibi olub.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”