“Qəbələ”nin kapitanı Asif Məmmədovun QOL.az saytına müsahibəsi
- Asif, komandanızın durumundan əvvəl özün haqda soruşmaq istəyirəm. Zədəyə görə son oyunlarda meydana çıxmırsan. Vəziyyətin necədir?
- Komanda necədirsə, özüm də eləyəm. Zədə zədə dalınca gəlir. Hələ ki, durum belədir.
- “Qəbələ” Premyer Liqada ardıcıl məğlubiyyətlərlə üzləşir...
- Deyiləsi çox söz yoxdur. Desəm ki, rəqiblərə çata bilərik, düz çıxmaz. Çünki hələ ki, ən yaxınımızda olan “Kəpəz”in çox gözəl oyunu var. Həqiqətən qışdan sonra yaxşı çıxış edən iki komanda varsa, biri “Kəpəz”dir. Çox gözəl futbol oynayırlar. Məncə, hələ qarşıda çox xal toplayıb daha yuxarı pillələrə qalxa bilərlər. Bizim Premyer Liqada qalmaq şansımız isə 5 faizdən də azdır. Ona görə də başqa deyiləsi söz yoxdur.
- Ötən gün “Zirə”yə 0:4 hesablı məğlubiyyətdən sonra baş məşqçiniz Kaxaber Sxadadze bildirdi ki, ürəksiz oynayan futbolçular var və onlar haqda tədbir görüləcək. Bəlkə elə bu inamsızlığa görə komanda oyuna həvəssiz çıxır?
- Düzdür, durum elədir ki, futbolçunu ruhdan salır. Amma bu futbolçu da başa düşməlidir ki, yeni mövsümdə yaxşı klubda çıxış etmək istəyirsə, ən azından ona görə oynamalıdır. Hansısa klub onun oyunlarını izləyir. Əgər futbolçular bunu da düşünmürsə, deməli, onlarda məsuliyyətsizlik var. Əgər belə də deyilsə, onda elə olanı budur. Yəni keyfiyyətləri bura qədərdir. Ayağı top tutan istənilən adam bəzən yaxşı futbol oynayır. Biz də hərdən yaxşı oynayırıq. Deməli, futbolçuların ya keyfiyyəti budur, ya da oyuna məsuliyyətlə yanaşmırlar. Şəxsən mən baş məşqçi olsam və “Qəbələ”nin oyununa baxsam, demək olar ki, heç bir futbolçunu komandama götürmərəm. Futbolçu heç olmasa özündən ötrü oynamalıdır. Bizdə hazırda heç bu da yoxdur. Belə çıxır ki, futbolçular klub bir yana, heç özlərini də düşünmürlər.
- Konkretləşdirsək, futbolçularınızın keyfiyyəti budur, yoxsa istəkləri azdır?
- Futbolçu boş qapıya topu göndərə bilmirsə, buna baş məşqçi, klub prezidenti nə etsin? Bu hal bir dəfə olsa, deyərsən ki, təsadüfdür, futbolda olan haldır. Amma bunlar dəfələrlə təkrarlanırsa, deməli, futbolçunun keyfiyyəti budur, bacarmır.
- Amma Kaxaber Sxadadzenin Elmar Baxşıyevi əvəzləməsindən sonra da komandada eniş yaşandı. Sxadadzenin rəhbərliyi altında Premyer Liqada 6 oyun keçirmisiniz və cəmi 1 xal qazanmısınız.
- Oyun baxımından eniş yoxdur. “Səbail”lə oyunda 2:0 öndə olduğumuz matçı 2:3 uduzduq. Sonra “Sabah”la görüşdə rəqib qapımız qarşısında cəmi 3-4 qol epizodu yaradır və onun ikisi qol olur. “Araz-Naxçıvan”la 1:1 oynadığımız görüşdə xeyli qol imkanlarından istifadə edə bilmədik. “Neftçi” ilə görüşdə 10 real epizoddan istifadə edə bilmədik. Rəqib isə qapımıza doğru cəmi bir zərbə vurdu və qol oldu. Sizinlə tam razıyam ki, son iki oyunda komandamız həddindən artıq bədbad oynadı. Amma digər oyunlarda deməzdim ki, rəqiblərdən pis oynamışıq. Onu da deməliyəm ki, nəticə yoxdursa, deməli, pis oynamışıq. Əminəm ki, o rəqiblərdən pis oynamadığımız görüşlər heç kimin yadında qalmayıb. Çünki uduzmuşuq. Amma pis oynayıb, qələbə qazansaydıq, yadda qalardı və yaxşı çıxış etdiyimiz haqda danışardıq.
- “Qəbələ” 1-ci liqaya düşsə, necə olacaq?
- Heç bir faciə olmayacaq. Avropada adlı-sanlı klublar olur ki, aşağı liqaya düşür. O demək deyil ki, 1-ci liqaya düşdüksə, hər şey qurtarır. Burda nə var ki? Uzağı 1 il oynayıb Premyer Liqaya çıxmaq olar. Premyer Liqada 9-cu, 8-ci olmaqdansa, gedib 1 il 1-ci liqada oynamaq yaxşıdır. Bir il ərzində yaxşı komanda düzəldib, elitaya qayıtmaq olar. 10 -11 ay çətinliyi var. Məncə, gedib 1-ci liqanı da görmək lazımdır.
- Amma 1-ci liqaya düşəndə heyəti qorumaq olmur.
- Qorumaq olmur deyəndə, guya bu futbolçular nə etdi ki, onları qoruyub saxlayasan? Bu futbolçuların nəyini qoruyasan ki? O futbolçuları qoruyarsan ki, komandadan ötrü canını verər. Bu futbolçularla düşürük də 1-ci liqaya. Onsuz da, “Qəbələ” Premyer Liqada qalsa, bu futbolçuların 99 faizi burada olmayacaqdı.
- Belə futbolçular deyəndə, konkret nəyi nəzərdə tutursan?
- Burada ikili fikir ortaya çıxır. Futbolçuların olanı budur, bundan artığını bacarmırlar. Yəni tam istəksiz də deyə bilmərəm. Çünki baxırsan ki, məşqlərdə işləyirlər. Deməzdim ki, həvəssizdirlər. Məncə, olanları budur. Mən sözlərimi hamısına aid etmirəm. İstəksizi də ola bilər.
- Yeni mövsümdən komanda sayının artırlması ehtimalı da var. Sənin bu barədə fikirlərin necədir? Çempionat hansı formada daha yaxşı olar?
- Mənim mövqeyim odur ki, əgər 10 komanda olacaqsa, “Qəbələ” Premyer Liqada niyə qalmalıdır? Bu gün 1-ci liqada nə qədər komanda Premyer Liqa çün mübarizə aparır, əziyyət çəkir. Birmənalı şəkildə idman prinsipləri pozulmamalıdır. Qeyd etdiyim kimi, “Qəbələ”nin 1-ci liqaya düşməsi faciə deyil. Bu klub yenidən Premyer Liqaya qayıdasıdır. Klubun gözəl rəhbərliyi var. Ona görə də əvvəlki komandanı yaratmaq olar. Tariximiz çox böyük olmasa da, bu rəhbərliklə, idarəetmə ilə müəyyən uğurlar qazanmışıq.
Amma əgər 12 komanda olacaqsa, “Qəbələ” kimi klub Premyer Liqada olmalıdır. Hazırda “Qəbələ” kimi şəraiti, ifrastruktru olan ikinci bir klub yoxdur.
- Belə başa düşdüm ki, “Qəbələ” artıq 1-ci liqada oynamağa hazırdır. Dünən baş məşqçiniz Kaxaber Sxadadze də dedi ki, 1-ci liqaya düşsək, 1 ildən sonra geri qayıdacağıq. Onun da fikri komandada qalmaqdır.
- Mən özüm də hələ bilmirəm ki, klubda qalacağam, yoxsa gedəcəm. Baş məşqçi ilə bağlı isə rəhbərlik danışsa, yaxşı olar. Onu deyə bilərəm ki, 1-ci liqanın bir addımlığındayıq.
- Özündən söz düşmüşkən, bu yay “Qəbələ” ilə müqavilən başa çatır. Yeni mövsüm üçün planın nədir?
- Başqa klub olsaydı, 1-ci liqada oynamaq haqqında düşünməzdim. Amma “Qəbələ” mənim evimdir. Son illər ərzində evimdən çox bu klubda olmuşam. Ona görə də rəhbərlik istəsə ki, mən klubda qalım, əlimdən gələni 1-ci liqada da komanda üçün əsirgəməyəcəyəm. “Qəbələ” məni istəməsə və hansısa yüksək liqa klubundan təklif gələrsə, onu dəyərləndirərəm. Amma “Qəbələ” mənimlə davam etmək istəsə və hansısa Premyer Liqa klubundan təklif gəlsə, mən yenə də komandada qalıb 1-ci liqada oynamağa hazıram.
- Yayda həm də 38 yaşın tamam olacaq. Buna baxmayaraq, oynamağa davam etmək istəyirsən?
- Bəli. Amma komanda Premyer Liqada qalsa, karyeramı başa vurmağı düşünəcəkdim. 1-ci liqaya yaxın olduğumuza görə tələsmədim.
- Yəni 1-ci liqa səviyyəsində oynamaq gücündəsən?
- Hələ ki, Premyer Liqa səviyyəsində də oynaya bilərəm. Əgər komandada qalsam, əlimdən gələni edəcəyəm ki, Premyer Liqaya qayıdaq.
Ramiq Ağaməmmədov
"Turan Tovuz" "Zirə"yə belə qalib gəldi - Video
"Bir xalı qənaətbəxş sayıram" - Saşa İliç
"Turan Tovuz" 3-cü pilləyə yüksəldi, Sumqayıtda heç-heçə
Azərbaycan çempionatında final partiyaları oynanılıb
Sadıqov “Turan Tovuz” azarkeşlərinin şüarı haqda - Video
"Turnir cədvəlinə fikir vermirik" - Kurban Berdıyev
"Komandada çaşqınlıq var idi" - Rəşad Sadıqov
"Sumqayıt" - "Qəbələ": Heyətlər açıqlandı
Nərimanın ABŞ klubuna qoşulmağı ləngiyir
Azərbaycana millilərinin toplanışı başladı
"İnter" üçün ağır xəbər
Neymardan açıqlama: Karyerasını başa vura bilər
"Turan Tovuz" - "Zirə": Heyətlər
Misli Premyer Liqası bundan sonra 2 kanalda - Rəsmi
Azərbaycanda bu federasiyanın adı dəyişdirildi
"Yuventus"un yeni formaları - Şəkillər
Azərbaycan klubunda 27 yaşlı baş məşqçi
AFFA bölgə klubunun baş məşqçisini cəzalandırdı
FİFA Qəzzada futbol layihələrinə yatırım edəcək
"İnter" UEFA-ya şikayət etdi
13 il, 80-ci qol
Azərbaycan boksçuları üçün ilin ilk beynəlxalq sınağı
PSJ və Mbappe arasındakı qalmaqalda yeni irəliləyiş
Kante: "Qələbə qazanacağımıza inanmalıyıq"
Tedesko: "Məğlubiyyətə layiqik"
Azərbaycan çempionatında medal görüşləri başlayır
Qrizmann Anrini geridə qoydu
Millimiz Moldova ilə qarşılaşacaq
Azərbaycan millisi Özbəkistanla üz-üzə
"Samsunspor" "Şkendiya"ya belə qalib gəldi - Video
"İmişli"də yeni yarımmüdafiəçi