"Hər iki komanda qalib gəlmək istəyirdi. Qələbə də qazana bilərdik, uduza da bilərdik".
QOL.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 29-cu turunun "Neftçi" ilə bugünkü oyunundan (1:1) sonra keçirilmiş mətbuat konfransında deyib.
O, komandasının çoxsaylı qol epizodlarından dəyərlənə bilməməsi ilə bağlı sualı cavablandırıb: "Bəzi epizodları əvvəlcədən işləyirik. Oyunçularımızın epizodlardan istifadə edə bilməmələri keyfiyyətə bağlıdır. İtkilərdən danışmağı sevmirəm. "Neftçi"ni uda bilərdik. Dəyişikliklərlə nəsə edə bilərdik. Əfsuslar olsun ki, bəzi oyunçularımız yox idi. Oktavio və Murata oynamırdı. Amma futbolçularımı təbrik edirəm ki, sona kimi yaxşı oynadılar".
S.Abasov futbolçusu Səbuhi Abdullazadənin oyununu dəyərləndirib: "Səbuhi öz yetirməmizdir. Mən məşqçiliyə başlayanda, onu 15-16 yaşında meydana buraxmışdım. Bəli, Səbuhinin yerində Murata və Oktavio olsaydı, başqa cür qərarlar görərdik. Yerlilərdən danışırıqsa, onlar oyun anlayışı olaraq yavaş-yavaş addımlayırlar. Səbuhi bu cür epizodları çox yaşamalıdır. Roi Kehatı öz istəyi ilə dəyişdik və Səbuhini önə çəkdik. Səbuhi çox yaxşı futbolçu olacaq".
Baş məşqçi heyətlərinin kasad olduğunu da bildirib: "Aşağı-yuxarı digər klublarla eyni gücdəyik. Üzülürəm ki, oyunumuz gedə-gedə heç nə edə bilmədik. Amma yan-yörəmə baxıram ki, cavan uşaqlar qalıb ehtiyatda. Desəm iki xal itirdik...Analiz edib deyə bilərəm. 100 faizli qol epizodlarımız bir addım daha çox idi. Oyunu uda bilərdik. "Neftçi"nin futbolçuları bizim yaratdığımız epizodları vurardı. Öz oyunçularımı aşağılamıram. Sadəcə kritik nöqtələr var ki, "Neftçi" oyunçuları onu daha dəqiq edə bilərdilər".
Oyunda baş hakim Elçin Məsiyevə yumruq göstərən mütəxəssis sarı vərəq almasından da danışıb: "Mənə hansı oyunda sarı vərəqə vermirlər? Həmin epizodda Rauf Cabbarov deyir ki, haqlısan, sadəcə baş hakim yalnışlığa yol verdi. Yaxşı odu ki, özümü cilovladım".
S.Abasov "Neftçi" ilə həmişəki oyunlara nisbətən bu dəfə sakit olması fikri ilə razılaşmayıb: "Əsla, sakitçilikdən söhbət gedə bilməz. Meydanda nə baş verirsə-versin, mətbuat konfranslarda hakimlərin üstünə getməyin tərəfdarı deyiləm. Bu pis təcrübədir. Bu olanda əksinə daha da qızışdırırıq oyunu. Cavan referilərimiz var, yaxşı idarə edirlər. Türkiyə kimi böyük ölkələrdə bunlardan beş-betərini görümüşk. Nə baş verirsə, meydanda baş versin. Hakimlərdən danışmağın, onların üzərinə getməyin tərəfdarı deyiləm".
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı