"Amerika kəşf etmək istəmirəm. "Qarabağ" Premyer Liqa klublarından yuxarıdadır. İlk dəqiqələrdən "Qarabağ"a problemlər yaratmaq istədik. Qol da vurduq. Sadəcə, futbolçularım "Qarabağ"dan çəkindilər. Topa nəzarət edə bilmirdik. İkinci hissədə "va bank"a getdik".
QOL.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 29-cu turunda "Qarabağ"a 2:4 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Qarabağ" səviyyəli komandadır, heyəti genişdir. Bu gün onlara 2 qol vurmaq da böyük işdir. Düzdür, bizə heç nə vermir. Amma komandada özünəinam yaradır. "Qarabağ"ı həm çempionluq, həm də beynəlxalq arenada göstərdiyi nəticələrə görə təbrik edirəm. 7 tur qalıb, şansımız var. Bunun üçün də mübarizə aparacağıq. Daha yuxarı yerlərə layiq komandayıq" - deyə bildirib.
Mütəxəssis daha sonra vurğulayıb: "Bütün həmkarlarımın fikrinə hörmətlə yanaşıram. Düşünmürəm ki, biz bu gün "Qarabağ"ı qorumaq üçün meydana çıxmışdıq. Sona 7 oyun qalıb. Hər xal vacibdir. Aqressivliyimiz var idi. Sadəcə "Qarabağ" güclüdür. 1-2 futbolçunu bağlamaqla "Qarabağ"ı bağlamaq olmur. Hər komanda meydana xal üçün çıxır. "Qarabağ"la da oynamaq olar.
Ş.Diniyev "Oyunda qırılma nöqtəsi qapınıza təyin olunan penalti oldu" sualını belə cavablandırıb: "Orada heç kontakt yox idi. Oyunçu sürüşə-sürüşə rəqibin ayağına dəydi. Bəli, qırılma nöqtəsi idi. Qoldan sonra sistemi dəyişdik, dördlü müdafiəyə keçdik. Qol vəziyyətlərimiz oldu. 2-ci qolu vursaydıq, hesabı qorumağa gücümüz çatacaqdı".
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Azərbaycan millisi Şotlandiyaya qarşı
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”