"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 29-cu turunda "Turan Tovuz"la oyundan (0:2) sonra mətbuat konfransı keçirib. QOL.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- "Turan Tovuz"u təbrik edirəm. Layiqli qələbə qazandılar. Bilirdik ki, onlar evdə yaxşı çıxış edirlər. İlk hissədə rəqibin oyununa cavab verə bilmədik. Çox kobud səhv etdik. Bunun nəticəsində qapımızda qol gördük. İkinci hissədə yaxşı oynadıq. Oyuna nəzarət edən tərəf idik. Yenə də lazımsız fouldan sonra qol buraxdıq.
- Komanda hücumda çox "dişsiz" təsir bağışladı. Necə düşünürsünüz?
- Haqlısınız. Cərimə meydançasında bitiriciliyimiz çatmırdı. Hücumda həll yolları axtarırdıq. Amma bu alınmırdı. Sadə oynamaq lazımdır, bizsə çətinə gedirdik.
- İlk dəfə regionda oldunuz. Atmosfer necə idi?
- Çox yaxşı idi. Tovuzlu azarkeşləri tanıyırıq. Mənə məlumat vermişdilər. Onların komandanı necə dəstəklədiklərini bilirik. Bu gün də belə oldu.
- Əvəzedici heyətin kapitanı İdris İnqilablı haqda məlumatınız var?
- Bəli, onu tanıyıram. Xüsusi nəsə deyə bilmərəm. Həmişə əvəzedici heyətdən, U-19-dan əsas komandaya oyunçular cəlb edirik.
- Yeni gələndə demişdiniz ki, əsas hədəfimiz Premyer Liqanı 2-ci pillədə başa vurmaqdır. Ardıcıl iki məğlubiyyətdən sonra komandanı psixoloji cəhətdən toparlamaq çətin olmayacaq?
- Xeyr. Hazırda 5 komandanın arasında çox böyük xal fərqi yoxdur. Məqsədimiz odur ki, xallar götürək. İşimizi görməyə davam edəcəyik. Başqa çarəmiz yoxdur.
- Davit Volkovun məhsuldarlığı azdır. Hücum xəttində dəyişiklik etməyi planlaşdırmırsınız?
- Davit komandaya çox kömək edir. Təəssüf ki, bu gün onun səhvindən qol buraxdıq. Amma onu günahlandırmıram. Bir səhvə görə belə düşünmək olmaz. Hər kəsə şans veririk. Bu gün gənc hücumçunu meydana buraxdıq.
- Bu gün 8 oyunçunuz zədə səbəbindən yox idi. Bunun oyununuza təsiri oldu?
- Bəhanələr gətirmək istəmirəm. Komandada 25 futbolçu var. Hər kəs özünü göstərməlidir. Bu gün "Turan Tovuz" layiqli qələbə qazandı.
- "Qarabağ"la matça kimi zədəlilərdən kimlər komandaya qayıdacaq?
- Elvin Camalov dəqiq qayıdacaq. Ümid edirəm ki, Emmanuel Apehlə Anatoli Nuriyev də bizə qoşulacaq (presssport.az).
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Azərbaycan millisi Şotlandiyaya qarşı
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”