"Danışmağa çox sözüm yoxdur. Üstünlük bizim tərəfdə idi. Çoxlu qol epizodlarımız oldu, dəyərləndirə bilmədik. Yaxşı oyuna görə də 3 xal vermirlər".
QOL.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 28-ci turunun "Neftçi" ilə (0:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- Bu oyunu unutmaq üçün nə edəcəksiniz?
- Belə oyundan sonra toparlanmaq çox çətindir. Futbolçulara, onların çəkdiyi əziyyətə heyfim gəlir. Bu cür oyunla qələbə qazana bilmədik.
- Əsas rəqibiniz olan "Kəpəz" əlinə düşən fürsətlərdən maksimum istifadə edib qollar vurur. Bu gün "Qəbələ" isə 10-dan çox epizod yaratdı, amma qol vurma bilmədi. Sizcə, bunun səbəbi nədir?
- Sizinlə razıyam. Bəli, "Kəpəz" demək olar ki, yarım epizoddan qol vurur. Biz isə 100 faizlik fürsətləri dəyərləndirə bilmirik. Tetenin vura bilmədiyi epizod var idi. Klesio Baukun da həmçinin. Bunları dəyərləndirə bilsəydik, başqa cür olardı. Deyiləcək çox söz yoxdur. Keyfiyyət çatmır.
- Mətbuatda belə xəbərlər var ki, komanda aşağı liqaya düşsə də, "Qəbələ"də qalacaqsız. Bu xəbərlər nə dərəcədə həqiqətdir?
- Bu barədə danışmaq istəmirəm. Bəli, klubla müqaviləmiz var. Bura gələndə bilirdik ki, çətin olacaq. Hara getmişəmsə, ad qoymağa çalışmışam. Azərbaycanda 6 il işləmişəm. Həmişə adımızın yaxşı hallanmasını istəyirik.
- Premyer liqada sonuncu yerdə olsanız da, kubokda yarımfinaldasınız. Kubokla bağlı fikirləriniz necədir?
- Çempionat və kubok tam fərqli turnirlərdi. Oyunçuları növbəti matça yaxşı hazırlamalıyam. Bu gün çox yoruldular. "Qəbələ" kubok komandası sayılır. Dəfələrlə buradan avrokuboklara vəsiqə qazanıb. Ümid edirəm ki, baxımlı oyun sərgiləyəcəyik. Əlavə olaraq qeyd edim ki, bu gün hakimlər yaxşı idilər. (sportal.az)
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video