AFFA İntizam Komitəsi 1-ci Liqa təmsilçisi "İrəvan"ın iki futbolçusunu ömürlük futboldan uzaqlaşdırıb.
QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, bunlar Atlam Ege və Fəhmin Muradbəylidir. Onlar danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.
Bundan başqa, “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənov və Yusif Rüstəmov da danışılmış oyunlarda iştirak səbəbindən ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.
Həmçinin 4 nəfər danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 illik futboldan uzaqlaşdırılıb. Bunlar I Liqanın “İrəvan” klubundan Ramin Məhərrəmov, Kamal Mirzəyev, II Liqada çıxış edən “Baku Sportinq”in üzvü Vüqar Rəhimov və “Lerik”in oyunçusu Xətai Ramazanlıdır. Onların hər birinə 1 illik sınaq müddəti verilib.
II Liqada mübarizə aparan “Qusar”ın vitse-prezidenti Elvin Xudadatov isə mərc oyunlarında iştirak səbəbindən 1200 manat cərimələnib, 2 illik futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı