Avropa çempionatının seçmə mərhələsində İngiltərə və Ukrayna ilə qarşılaşacaq Azərbaycanın U-21 millisi bu gündən toplanışa başlayıb.
Azərbaycan millisi martın 22-də İngiltərə, martın 26-da Ukraynanın U-21 yığması ilə qarşılaşacaq. Hər iki oyun "Azersun Arena"da keçiriləcək.
Yığmanın baş məşqçisi Samir Əliyev QOL.az-a açıqlamasında qarşıdan gələn oyunlardan və komandasının durumundan danışıb:
“Bu gündən toplanışa başladıq. Hər iki rəqibimiz qrupun favoritidir. Həqiqətən çox güclü rəqiblərdir. Bizi çox ağır oyunlar gözləyir. Amma məni ən çox narahat edən bizim futbolçuların hansı durumda olmasıdır. Çünki milliyə dəvət olunanlar əsasən əvəzedici heyət və 1-ci liqanın oyunçularıdır. Əlbəttə ki, istəyərik ki, bizim futbolçular daimi olaraq Premyer Liqada oynasınlar. Amma bugünkü reallıq budur. Biz baxırıq, kim daha hazırlıqlıdırsa, onu da milliyə dəvət edirik. Onun hansı liqada oynamasına fikir vermirik”.
Azərbaycan millisi martın 22-də Bakıda İngiltərəni qəbul edəcək. Rəqibin heyətində “Liverpul”, “Çelsi”, “Arsenal”, “Mançester Siti”, “Borussiya” (Dortmund) kimi klubların oyunçuları çıxış edir. Samir Əliyevin komandası isə əsasən 1-ci liqa və əvəzedici heyət oyunçularından ibarətdir. Bu amil baş məşqçidə ruh düşkünlüyü yaradırmı?
“Məndə ruh düşkünlüyü onda yaranır ki, futbolçularım Premyer Liqada oynamır, ehtiyatda qalır. Dünən İngiltərə kubokunda “Liverpul”un heyətində “Mançester Yunayted”ə qarşı oynayanlar arasında İngiltərənin U-21 millisinin üzvləri də var idi. Eləcə də, “Çelsi”nin heyətində “Lester”ə qarşı bizim rəqibimizin də futbolçusu oynadı. Onlar həm də qolun vurulmasında iştirak etdilər. Əlbəttə, biz də istərdik ki, heyətimizdə yaxşı futbolçular olsun. Buna baxmayaraq, meydana çıxıb mübarizə aparacağıq. Biz həmin bu heyətimizlə Ukraynaya qarşı yaxşı oynamışdıq. Düzdür, 0:1 hesabı ilə uduzduq, amma yaxşı mübarizə apardıq. Qarşıdakı iki oyunda da çalışacağıq ki, ən azından layiqli mübarizə aparaq. Ustalıq səviyyəmiz rəqiblərdən aşağı olsa da, mübarizədən çəkinməyəcəyik”.
S.Əliyev qeyd edib ki, rəqiblər nə qədər güclü olsa da, bundan çəkinmirlər: “Futbolçuların fiziki durumu, klublardan hansı səviyyədə gəlməsi bizi narahat edir. Amma qorxulu, çəkinəsi heç nə yoxdur. Əksinə, belə oyunlar bizə lazımdır ki, futbolçularımız o səviyyəni görsünlər, təcrübə toplasınlar. Biz ancaq zəif rəqiblər axtara bilmərik. Güclü rəqiblə mübarizəyə girib, öz zəif cəhətlərini görməsən, inkişaf edə bilməzsən”.
Yığmanın çalışdırıcısı bu cür oyunlarda əsasən psixoloji hazırlığın önəmli olduğunu bildirib: “Əlbəttə, belə məqamda ən çox psioxoloji durum vacibdir. Çünki bu gün yığışıb 4 gündən sonra oyuna çıxacağıq. Cəmi 4 günə fiziki və texniki olaraq nəyisə dəyişmək çətindir. Çalışırıq ki, taktiki və psixoloji hazırlığa üstünlük verək. İstəyirik ki, futbolçularda özünəgüvən yarada bilək. Onlar da rəqibi izləyir. Orada kimlərin oynadığını görürlər. Biz də çalışırıq ki, psixoloji hazırlığı yaxşı səviyyədə edək ki, futbolçular oyuna qorxu hissi ilə çıxmasınlar. Biz tək qol buraxmamağı düşünmürük. İstəyirik ki, qol vəziyətləri də yaradaq, qol da vuraq. Təbii ki, hücuma da getmək lazımdır. Bizdə bu potensiala malik uşaqlar var”.
S.Əliyev əsas millinin gənc üzvləri Nəriman Axundzadə, Cəlal Hüseynov və Emil Səfərovun U-21-ə dəvət edilməsindən də danışıb: “Bizdə müdafiədə Cəlal Hüseynov var. Bilirik ki, ən azından liderlik xüsusiyyətlərinə malikdir, Bolqarıstanda oynayır. “Qəbələ”də çıxış edən Emil Səfərovu da çağırmışıq. “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə də bizimlə olacaq. Hər 3 oyunçu əsas millinin üzvləri olsa da, onların bizimlə olmasını istədik. Çünki rəsmi oyunlara çıxırıq. Belə futbolçularımızın sayı çox olsa, daha inamlı danışa bilərik. Bu futbolçulara ümidimiz böyükdür. Oyunu üzərlərinə götürüb qol vəziyyəti yarada, yaxud da qol vura bilərlər. Biz buna ümid edirik. Amma hər şey oyunda görünəcək”.
Ramiq Ağaməmmədov
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video