Azərbaycan 2023/24 mövsümü futbol üzrə avrokuboklarla iştirakını başa vurub.
QOL.az xəbər verir ki, bu mövsüm 4 klubla mübarizəyə başlayan ("Qarabağ", "Neftçi", "Sabah", "Qəbələ") ölkəmiz hazırkı mövsümü UEFA-nın əmsallar siyahısında 27-ci yerdə tamamlayıb. Azərbaycan yarışa 29-cu pillədə başlamışdı və mövsüm ərzində Slovakiya ilə Rusiyanı (yarışlarda iştirak etmir) ötərək 2 pillə irəliləyişə nail ola bilmişdi.
Bu mövsüm klublarımızın topladığı ümumi xal 5,875 olub. Son 5 mövsümün nəticəsinə əsasən isə xal 20,125-ə qalxıb. Azərbaycandan bir pillə öndə - 26-cı Bolqarıstan qərarlaşıb (20,375 xal). 25-ci yerdəki Rumıniyanın 21,375 xalı var.
Reytinqə əvvəlkitək İngiltərə (103,178) başçılıq edir. İspaniya 2-ci (87,864), İtaliya 3-cü (86,998), Almaniya 4-cü (83,624), Fransa isə 5-cidir (65,331).
Xatırladaq ki, Azərbaycanın bu mövsüm UEFA yarışlarında sonuncu təmsilçisi "Qarabağ" "Bayer"lə matçlardan sonra (2:2, 2:3) Avropa Liqasının 1/8 final mərhələsində çıxışını dayandırıb.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi