"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 14-cü turunun "Turan Tovuz"la oyundan (4:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
QOL.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Maraqlı oyun alındı. İlk turdan komandamın belə hücumda rəngarəng görünməsini istəyirdim və onlardan bunu tələb edirdim. Oyun üçün müəyyən planlarımız var idi. Hansı ki, onun üzərində də fasilə dönəmində işləyirdik. Sevindirici haldır ki, komanda meydanda onu yerinə yetirə bildi. Komandamı təbrik edirəm. Qələbə qazandıq. Amma biz də bilirik ki, daha yaxşı olmağa cəhd etməliyik. Bu komandanın potensialı var və inanıram ki, oyundan-oyuna daha da sanballı "Qəbələ" görəcəyik.
- Fasilədən sonra iki sürətli əsk-hücumlardan sonra qol vurdunuz. Bu, ilk hissəədn sonra paltardəyişmə otağında futbolçulara verdiyiniz tapşırıq idi, yoxsa necə?
- Desəm ki, onun üzərində işləmişdik, xeyr. Amma o da işlədiyimiz elementlərdən biridir. Hücumameyilli oyunçularımızın hamısı sürətlidir. Daha çox dominant futbol oynamağa çalışırıq. Amma əlbəttə ki, top həmişə bizdə olmur. Topu ələ keçirdikdə, komandanın qarşısına sürətli əks-hücumlara çıxmaq vəzifəsi də qoyuruq. Bu oyunda alındı.
- Bilal Auaşeriyanı bu gün fərqli mövqedə, hücumda oynatdınız. Bu qərarınızı necə şərh edərdiz?
- Desəm ki, Bilal sırf 9 nömrədir yalan danışmış olaram. Universal futbolçudur. Üç mövqedə oynaya biləcək oyunçudur. Bizim bu oyun üçün planlarımız var idi, Bilalın sırf hücum kimi oynaması da onun tərkib hissələrindən oldu.
- Bu variant uğurlu alındısa, növbəti matçlarda da istifadə edəcəksiz?
- Ola bilər ki, qardaşıkı matçda cinah yarımmüdafiəçisi kimi başlasın. Oyunumuzu rəqibə görə də qururuq. Amma nəinki Bilal, ehtiyatda olan futbolçularımızı da həmin mövqedə görə bilərik.
- Tam görmək istədiyiniz "Qəbələ" bu idi?
- Tam səmimi deyim, oyun planında çox artırmalıyıq. Onlardan daha çox topa nəzarət etmək tələb olunur. O da ki, oyundan-oyuna yoluna qoyulacaq.
- Bu cür futbol oynayan komanda necə olur ki, turnir cədvəlinin son pillələrində qərarlaşır?
- Bu sualı cavablandırmağa çalışsam, iki gün oturub danışmaq lazım olacaq. Futbol çox sadə və mürəkkəb idman növüdür. Əlimin altında bütün futbolçular olanda, daha rəngarəng oynayırıq. Bəzi oyunçular olmayanda, hücumçunu müdafiəmeyilli oynatmağa çalışırıq ki, boşluğu dolduraq. Mən də bilirəm ki, bu komandanın potensialı var. İnanıram ki, "Qəbələ" artıracaq. Bizə və kluba sonuncu pillələrdə qərarlaşmaq yaraşmır.
- "Qarabağ"a qarşı matçda taktikanıza sadiq qalacaqsız, yoxsa müəyyən dəyişikliklər olacaq?
- Öz oyun planımız var. Bilirik ki, "Qarabağ" çempionatımızın hegemonudur. Bu komandaya qarşı da komandanı hazırlayıb, uğurlu nəticəyə köklənəcəyik.
- Bu gün "Qəbələ" ev oyununa səfər formasında çıxmışdı. Bu da uğursuzluğun qarşısını almaq üçün atılmış addım idi?
- İki formamız var, biri qırmızı, digəri ağ. Seçim mənim yox, futbolçuların idi. Bu gün ağ formada oynamaq istədilər (sportal.az).
“Beşiktaş”dan darmadağın
Messidən skandal hücum - Video
"Qarabağ"ın "Nyukasl"a qarşı hazırlıq məşqindən - Şəkillər
Qış Olimpiya Oyunlarına yekun vuruldu
"Yuventus"un baş məşqçisinin taleyi 2 matçdan asılıdır
PSJ onunla müqaviləni yeniləyir
"Barselona" "Levante"yə şans vermədi - 3 cavabsız qol
"Liverpul" son dəqiqələrdə vurduğu qolla qələbə qazandı
Kazemiro və Messi komanda yoldaşı olacaq?
"O, işlədiyim ən peşəkar futbolçudur"
"Kəpəz"ə qol vurmaq məndə özünəinam yaradıb" - Parris
"Sabah"ın qələbəsindən - Video
“Hansı məqsədlə "Qarabağ"ın əleyhinə şüarlar səsləndirdilər, bilmirəm” - Azər Bağırov
ÇL matçlarında VAR sistemindən istifadə qaydaları dəyişdi
"Trabzonspor"dan möhtəşəm geri dönüş - 5 dəqiqədə 3 qol
"Sabah"dan qələbə, "İmişli" - "Şamaxı" matçında heç-heçə
Mahir Emreli 3 ay sonra oyuna çıxdı
"Şamaxı” komandasına söz atdı - “Tempi aşağı salırdı"
Kenan Yıldız "Qalatasaray"la oyunu buraxa bilər
"İmişli" - "Şamaxı" matçından - Video
Karyerasında ilk dəfə Azərbaycan çempionu oldu
Fransa klubu baş məşqçisi ilə sağollaşmağa hazırlaşır
Qırmızı vərəqə aldı, klubdan ayrılmaq qərarı verdi
"Sabah" - "Kəpəz": Heyətlər
Mahir Emreli 3 ay sonra iştirak ərizəsində
"Nyukasl" - "Qarabağ": baş hakim o olacaq
Musiala rekordçu oldu
Bu dəstəyin cəzası 54 min avro oldu - Video
"İmişli" - "Şamaxı": Heyətlər açıqlandı
“Real” rəhbərliyi Arbeloadan da narazıdır
Keyn: “Barselona”nın marağını kompliment kimi qəbul edirəm”
"Mançester Siti" "Nyukasl"a belə qalib gəldi - Video
Millimizin üzvü Erediviziyada növbəti oyuna çıxdı
Messinin də komandası uduzdu, Nərimanın da
964-ə çatdı, uğuru ərəb milli geyimində qeyd etdi - Video
"Qalatasaray"ın gözlənilməz məğlubiyyəti - Video
“Qarabağ”la oyunöncəsi məğlubiyyətə belə şərh verdi
"Nyukasl" "Mançester Siti"yə uduzdu
"Bavariya"dan qələbə, "Borussiya"dan heç-heçə
Azərbaycan millisindən möhtəşəm qol - Video
"Qalatasaray" səfərdə məğlub oldu
"Ronaldo ilə eyni klubda oynamaq istəyərdim"
"Bavariya"nın futbolçusu sıradan çıxdı